Baş redaktor: “Özünə hörmət edən hər bir qəzet, nəşr, jurnalist hər gün peşə davranış qaydalarına riayət etməlidir”
"Elə qəzetlər var ki, onların gündəlik iş fəaliyyətinin hər sayında peşə davranış qaydaları pozulur və jurnalist özü bir tərəf kimi çıxış edir. Biz bunu müxalifətin keçirdiyi bir sıra qeyri-qanuni aksiyalarda bəzi jurnalistlərin özünü aksiya iştirakçısı kimi aparması və sonradan həmin aksiya ilə bağlı yalnız öz subyektiv fikirlərinə əsaslanan yazılar yazması, təhqirlərə yol verməsində bir daha əyani şəkildə gördük". Bu barədə SİA-ya açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli jurnalistlərin peşə davranış qaydalarına nə dərəcədə riayət etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, peşə davranış qaydaları sadəcə formal xarakter daşımamalıdır. N.Məmmədli vurğulayıb ki, özünə hörmət edən hər bir qəzet, nəşr, jurnalist bu qaydalara hər gün riayət etməlidir.
Onun sözlərinə görə, təəssüflər olsun ki, Mətbuat Şurasının konkret təsir mexanizmi olmadığına və yalnız ictimai tənbeh funksiyasını yerinə yetirdiyi üçün bir çox qəzetlər bu məsələyə arxa planda yanaşırlar.
"Jurnalistlərin birinci qurultayında peşə davranış qaydaları qəbul edilib. Sonradan Mətbuat Şurasının sonuncu qurultayında peşə davranış qaydaları bir daha təkminləşdirilib. Keçirilən qurultayda həm qəzet redaksiyaları, həm də seçilmiş jurnalistlər iştirak edərək bununla razılaşıblar. Bu məsələ ilə bağlı rəsmi şəkildə razılıq verilsə də, çox təəssüflər olsun ki, bir çox redaksiyalar və jurnalistlər buna ciddi yanaşmırlar. Əgər qurultayda bununla razılaşılıbsa, mətbuatda bu qərarlara hörmətlə yanaşılmalı, gündəlik iş fəaliyyətində peşə davranış qaydalarına riayət edilməlidir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB