Dinc toplaşmaq azadlığı hüququ yaşamaq hüququndan sonra ən vacib hesab olunur, çünki bu həm söz azadlığını, həm də etiraz etmək hüququnu özündə cəmləşdirir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Helsinki Komitəsinin sədri bu gün "Koronavirus böhranı, onun humanitar və sosial-iqtisadi nəticələri" mövzusunda müzakirələr zamanı deyib.
Hüquq müdafiəçisi Avetik İşxanyan, insan hüquqları məhdudiyyətlərindən genuş şəkildə danışıb.
"Fövqəladə vəziyyət zamanı dinc mitinqlər azadlığı hüququnu qadağan edərək, siyasi repressiyalara başladılar. Yəni belə çıxır ki, bir şəxsə qarşı cinayət işi qaldıra bilərik, həbs edə bilərik, amma etiraz etmək hüququnuz yoxdur", deyə hüquq müdafiəçisi etirazını gizlətməyib.
Avetik İşxanyan qeyd edib ki, yığıncaq birdən çox insanın qatıldığı bir tədbirdir və tək bir hərəkət toplantı hesab edilə bilməz. Bu vaxt, onun hesablamalarına görə, bu müddət ərzində vahid piket keçirən üç vətəndaş tutulub.
"Bütün normalar pozuldu", deyə hüquq müdafiəçisi bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB