29 Aprel 2011-ci il tarixindən etibarən Azerfon-Vodafone abunəçiləri ayda cəmi 95 AZN ödəməklə, bütün Azərbaycanla istədikləri qədər danışa biləcəklər.
SİA-nın xəbərinə görə, "Sərbəst Ünsiyyət" paketini aktivləşdirmək üçün telefonunun ekranında *120#95#YES şifrəsini yığmaq və ya "95" yazaraq 1123 nömrəsinə SMS göndərmək kifayətdir. Paketdən 30 günlük istifadə haqqı cəmi 95 AZN təşkil edir.
"Sərbəst Ünsiyyət" paketinə şəbəkədaxili səsli və video zənglər üçün limitsiz, ölkədaxili digər istiqamətlərə zənglər üçün 2500 dəqiqə danışıq vaxtı daxildir.
Qeyd edək ki, "Sərbəst Ünsiyyət" paketindən aktiv statusda olan "Azerfon-Vodafone Basic" tarif planının istifadəçiləri yararlana bilərlər.
"Sərbəst Ünsiyyət" paketi haqqında əlavə məlumatı www.azerfon-vodafone.com saytından əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB