Respublikanın 25 şəhərində keçiriləcək növbəti sınaq imtahanında 32045 abituriyent iştirak edəcək
Mayın 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 25 şəhərində sınaq imtahanı keçirəcək. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə təşkil olunan imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada aparılacaq. Onun sözlərinə görə, imtahanda iştirak etmək üçün 32045 nəfər qeydiyyatdan keçib.
Sınaq imtahanı iştirakçılarına yeni test kitabçasının təqdim olunacağını deyən E.Nağızadə vurğulayıb ki, binalara buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. O qeyd edib ki, başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaq. Mayın 15-də keçiriləcək sınaq imtahanlarına isə Bakı şəhərində keçiriləcək sınaq imtahanı istisna olmaqla yazılışın hazırda davam etdiyini deyən mətbuat katibi qeyd edib ki, bu imtahanlara abituriyentlər mayın 2-dən etibarən yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB