Rektor: “Ali məktəblərdə çalışan müəllimlərin çoxu yeni kurikulum və innovasiyalardan heç xəbərləri belə yoxdur”- AÇIQLAMA

Rektor: “Ali məktəblərdə çalışan müəllimlərin çoxu yeni kurikulum və innovasiyalardan heç xəbərləri belə yoxdur”- AÇIQLAMA
"Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinə əsasən müəllimlərə yaş senzinin qoyulmasının tərəfdarıyam." Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı məlumat verib. Onun sözlərinə görə, müəllimlərin təminat məsələsi həll olunsa, onlar müəyyən yaşdan sonra təqaüdə çıxa bilər.

"Onların təqaüdləri yüksək olsa, düşünürəm ki, bu yaşda olan müəllimlərin təqaüdə çıxması labüddür. Bilirik ki, artıq universitetlərimizin bir çoxunda Boloniya sistemi tətbiq olunur. Ancaq ali məktəblərdə çalışan müəllimlərin çoxu yeni kurikulum və innovasiyalardan heç xəbərləri belə yoxdur. Bununla yanaşı, heç bunları mənimsəyə də bilmirlər. Hesab edirəm ki, artıq yaşlı təbəqə yerlərini gənc kadrlara verməlidirlər. Təkcə bizim institutda və filiallarımızda ildə 2000-ə yaxın ibtidai sinif müəllimləri buraxılır. Həmin müəllimlərin 90 %-i hazırda işsizdirlər. Ümumiyyətlə, 65 yaşlı müəllimlərin təqaüdə çıxması düzgün seçimdir. Bizim institutda bu yaş həddində çoxlu sayda müəllim çalışır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə