Bu il ərzində Azərbaycanda Gənclər Fondu yaradılacaq

Bu il ərzində Azərbaycanda Gənclər Fondu yaradılacaq

"Hazırlanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Gənclər Fondunun yaradılması nəzərdə tutulub. Artıq fondun Əsasnaməsi hazırlanıb, yaxın zamanlarda razılaşdırılmaq üçün müvafiq qurumlara göndəriləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Onun sözlərinə görə, fondun yaranmasında əsas ideya Azərbaycan Gənclər Təşkilatlarının ümummilli, beynəlxalq miqyaslı strateji layihələrin keçirilməsinə dəstək verməkdir: "Eyni zamanda bu fondda toplanan vəsaitlərdən elm sahəsində çalışan yaradıcı, istedadlı gənclərin stimullaşdırılması üçün müxtəlif mükafat, təqaüdlərin təsis olunması nəzərdə tutulub. Həmçinin gənclərlə iş sahəsində maddi-texniki bazanın daha da gücləndirilməsi və dövlət strukturlarında istər qeyri-hökumət təşkilatlarında çalışan gənclərin peşəkar kadrların formalaşması kimi məsələlər bu fondun üzərinə qoyulan əsas vəzifələrdir".

 

Dövlət proqramı həmçinin təkcə Gənclər və İdman Nazirliyinin fəaliyyətini əks etdirməyəcək. Belə ki, nazirlik yalnız dövlət proqramının icrası üzrə əlaqələndirci qurumdur. İ. Babayev deyir ki, bu proqramın ümummilli statuslu olduğu üçün eyni zamanda gənclərin məşğulluğuna yönələn konkret bəndlərin daxil olması nəzərdə tutulub: "Bununla bağlı biz hazırda beynəlxalq təcrübəni öyrənirik. Çünki müxtəlif ölkələrdə gənclərin məşğulluğu ilə bağlı müəyyən proqramlar var. İnanıram ki, gənclərimizin məhsuldar olaraq işlə təmin edilməsi həlli istiqamətində real addımlar olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə