Hər bir ölkədə müxalifətin varlığı vacibdir, çünki müəyyən qüsurlar deyilməlidir ki, bu qüsurların sonradan aradan qaldırılmasında da müxalifətin rolu var. Dövlət başçısı Cənab İlham Əliyev də hər zaman Azərbaycanda fərqli fikirə ehtiyac olduğunu bildirir və təsadüfi deyil ki, parlamentdə də komitə sədrlətinin müavinləri vəzifəsinə müxalifət nümayəndələri irəli sürülüblər. Bu sözləri SİA-ya müsahibəsində “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, normal cəmiyyətlərdə olduğu kimi müxalifətin varlığı, fəaliyyəti, iradlarını bildirməsi dövlətin və millətin inkişafı üçün vacibdir, amma çox təəssüf ki, Azərbaycanda biz fərqli bir vəziyyəti müşahidə edirik.
“Hakimiyyətə müxalifət olmaq olar və bu lazımdır, amma dövlətə, millətə müxalifət olmaq düzgün deyil. Neftin qiymətinin 14 dollara düşməsi o deməkdir ki, bundan tək hakimiyyət ziyan çəkmyəcək. Bundan dövlət və millət də ziyan çəkəcək. Büdcəyə az pul daxil olacaq. Sosial layihələrə ayrılacaq pullar azalacaq. Yaxşı ki, Azərbaycanda koronavirusa tutulan, ölən xəstələrin sayı artır sözünü demək, eyni məntiqlə səslənir, şox təəssüf. Bu da eyni düşüncə tərzidir. Bu da hakimiyyətə problem yaradır. Amma koronavirusun yayılması, insanların xəstələnməsi, ölüm hallarının artması dövlətə, cəmiyyətə ziyandır. İnsanlarımızı itiririk. Bəli, yəni dövlətə və millətə nə qədər pisdirsə bizə o qədər yaxşıdır deyə düşüncə ilə hakimiyyətə gəlmək mümkün deyil. Bu açıqlamalarını, bu yanaşma tərzini müşahidə edən Azərbaycan vətəndaşı onların düşüncə tərzinə şübhə edir və başa düşür ki, onlar xalqı və millət düşünmürlər. Həmin o söhbətlər zamanı xalqı və milləti də aşağılayırlar. Yaxud, deyirlər ki, qoy 14 dollardan da aşağı düşsün, qoy hər şey dağılsın, sökülsün, guya bunlar üçün yaxşı olacaq. Hər şey dağılsa, bitsə hamı üçün pis olacaq. Müxalifətin özü üçün də pis olacaq. Bu vəziyyət heç kim üçün uğurlar vəd etmir və bu cür müxalifət nümayəndələri özləri kimi düşünənləri də, digər müxalifət nümayəndələrini də təhqir edirlər. Bəzən onları “tryapka” adlandırırlar. Bunlar öz aralarında belə yola gedə bilmirlərsə, necə hakimiyyətə gəlmək istəyirlər? Hansı güclə, hansı qüvvə ilə hakimiyyətə gələ bilərlər? Onların belə ifadələrini müşahidə etməsəydilər, hardasa insanların bir qismi inana bilərdi bəlkə də. Amma bunları görən, müşahidə edən insanların onlara heç bir inamı qalmaz”, deyə Elxan şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB