Çarukyanın deputat toxunulmazlığı əlində alınır İDDİA+QARŞIDURMA

Çarukyanın deputat toxunulmazlığı əlində alınır İDDİA+QARŞIDURMA

"Əgər mən indi desəm ki, "Mənim addımım" fraksiyası baş prokurorun Qagik Çarukyanın deputatlıq mandatından məhrum edilməsi və toxunulmazlığının aradan qaldırılması tələbini dəstəkləyəcək, ya da dəstəkləməyəcək, bu zaman baş prokurorun parlamentə gəlməsi mənasızlıq olacaq". SİA erəməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin vitse-spikeri Alen Simonyan sözügedən məsələ ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında bildirib.

"Prokuror parlamentə gəlməli və əsaslarını təqdim etməlidir ki, biz də lehinə, ya da əleyhinə olduğumuzu deyək. Bəlkə o gəlib elə bir söz deyəcək ki, bu barədə ümumiyyətlə səs verməyə dəyməz? Qərar əlbəttə ki, yoxdur, Ermənistan hakimiyyəti qanunlara əsasən hərəkət edəcək", deyə erməni parlamentinin vitse-spikeri Çarukyanla bağlı məsələni şərh edərkən bildirib.

Qeyd edək ki, bu gün "Çiçəklənən Ermənistan" partiyasından olan deputat Naira Zoqrabyan özünün Facebook səhifəsində yazıb ki, həftənin ikinci günü baş prokurorun parlaentdə gəlişi gözlənilir və o Qagik Çarukyanın toxunulmazlıq məsələsini qaldıraraq, ləğv olunmasını istəyəcək. Məqsəd, Çarukyanı istintaqa cəlb etmək və nəticə etibarı ilə həbs etməkdir. Bu məsələnin sifarişinin isə bilavasitə baş nazir Nikol Paşinyan tərəfindən verildiyi bildirilir, habelə deputatın təqibinin siyasiləşdirildiyi vurğulanır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə