"Bayramın mübarək olsun, qüdrətli Azərbaycan!" - Türkiyəli sənətçi

"Bayramın mübarək olsun, qüdrətli Azərbaycan!" - Türkiyəli sənətçi

"Bu gün Azərbaycanın inkişafı və gələcəyi əmin əllərdədirsə, həmin reallığın təməli Milli Gurtuluş günü kimi qeyd olunan 15 iyun tarixi ilə sıx surətdə bağlıdır". Bu fikirləri SİA-ya Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən ANKA mədəniyyət mərkəzinin başqanı Derya Akdemir deyib. Anka Der başqanı bildirib ki, Azərbaycan inamla inkişaf yolunda addımlayırsa, bunu Heydər Əliyevə borcludur: "Böyüyən, inkişaf edən və regionun lider dövlətinə çevrilən Azərbaycanın ictimai - siyasi, sosial - mədəni inkişafı Heydər Əliyevin xalqına qoyduğu mirasla sıx surətdə bağlıdır. 15 iyunda hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəhəngliyi o qədərdir ki, onu saymaqla bitməz: "Hər dəfə ziyarət edəndə inkişaf edən Azərbaycanı gördüyümüz zaman ürəyimiz dağa dönür ki, nə yaxşı Azərbaycan müstəqil bir ölkədir və onun Heydər Əliyev dəyərlərinə sadiq olan xalqı var. Həm ölkə başçısı cənab İlham Əliyevin, həm də ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyevin parçalanmaqdan son anda xilas etdiyi ölkəni daha da irəli aparmaları Azərbaycanın bugünkü durumunun və sabahının qarantıdır. Bayramın mübarək olsun hər gün daha güclənən, qüdrətli Azərbaycan!"

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə