Xarici dipkorpusllara müraciət olundu ERMƏNİSTANDA

Xarici dipkorpusllara müraciət olundu ERMƏNİSTANDA

"Hüquqi maarifləndirmə və nəzarət" ictimai birliyi yüzlərlə Ermənistan vətəndaşlarının zor tətbiqi və güc yolu ilə saxlanılmalarını qəti şəkildə pisləyir". SİA aysor.am-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən ictimai birliyin xarici ölkələrin diplomatik korpuslarına müraciətində deyilir.

Müraciətdə bildirilir: "Əsasən polisin hüquq müdafiəçilərinə və qadınlara qarşı zorakılığı faktı narahatedicidir. Hüquqi dövlətdə azadlıqdan məhrum etmə və güc tətbiq etmə halları əsaslı, ölçülü olmaqla yanaşı, diskriminasiyalı olmamalıdır. Bundan əlavə, polisin fəaliyyəti göstərir ki, Ermənistan respublikasının konstitusiyasındkı tələblər riayət olunmur və insan hüquqlarının qorunması baxımından baza prinsipləri pozulur".

"Eyni zamanda, biz Ermənistan respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlikləri yuxarıda qeyd edilən pozuntulara diqqət yetirmələrini istəyirik", deyilən müraciətdə o da bildirilir ki, hakimiyyətin təbliğat aparatı tərəfindən yayılan yalan informasiyalara inanılmasın, eləcə də yaranmış vəziyyət insan hüquqlarının qorunması baxımından beynəlxalq prinsiplər çərçivəsində qiymətləndirilsin: "Diqqətə o fakt alınmalıdır ki, hökumətin təbliğat aparatının təsiri sizin də strukturarınızda kifayət qədər böyükdür".

Müraciətdə xarici diplomatik nümayəndəliklərdən tələb olunur ki, Ermənistandakı vəziyyət çərçivədən çıxıb və müxalifətçilərin zor və güc yolu ilə susdurulmalarına qarşı etirazlı mövqe sərgilənməlidir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə