İsrailin Azərbaycandakı səfirindən Fələstinə məsləhət: “Ya bizlə, ya da Həmas və İranla sülh”

İsrailin Azərbaycandakı səfirindən Fələstinə məsləhət: “Ya bizlə, ya da Həmas və İranla sülh”

"Fəth" ilə "Həmas" qrupları arasında barışığın əldə olunması Yaxın Şərqdə İsrail-Fələstin münasibətlərində təhlükəli vəziyyətlərin yaranmasına gətirib çıxara bilər. SİA-nın xəbərinə görə, bu fikirləri İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem deyib. Onun sözlərinə görə, "Həmas" İranın dəstəyi ilə fəaliyyət göstərən bir təşkilatdır. Beynəlxalq ictimaiyyət isə Fələstinin tanınması üçün çox aydın şərtlər qoyub: "Amma çox təəssüfləndirici haldır ki, Fələstin hakimiyyəti son illərdə inkişafa nail olsa da "Həmas " kimi bir təşkilatla razılaşmaya gedib. Onlar seçim etməlidir: İsraillə, yoxsa Həmas və İranla sülh olsun".

 

Səfir ümidvardır ki, beynəlxalq ictimaiyyət "Həmas" la bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə