“Bu, mənə qarşı siyasi oyundur” ÇARUKYAN

“Bu, mənə qarşı siyasi oyundur” ÇARUKYAN

"Çiçəklənən Ermənistan" partiyasının sədri Qagik Çarukyan gecə saatlarında Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) binasından çıxıb. SİA xəbər verir ki, bu barədə aysor.am yazır. Qeyd edilir ki, erməni siyasətçi baş verənləri ona qarşı siyasi proses və oyun olduğunu bildirib.

"Mənim çıxışımdan sonra bu gün baş verən hər bir fəaliyyəti mənə qarşı siyasi addım kimi qəbul edirəm. Bəzi kağızlar, hazırlanmış sənədlər var... Bunlar mənim bəyanatımdan sonra baş veribsə, demək ki, siyasi prosesdir. İstintaq aparılır. Hansısa əlavə işlər öyrənilir, deyirlər ki, mən sahibkaram. Mən heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyiləm", Çarukyan bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə