Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hərbçilərimiz 2-6 mayda Türkiyədə əldədüzəltmə partlayıcı qurğular əleyhinə mübarizə mövzusunda kursa qatılacaqlar. Mayın 3-dən 5-dək Azərbaycan hərbçiləri "Anadolu Ulduzu-2011" axtarış və xilasetmə təlimi üzrə müşahidəçilərin ziyarət günündə, mayın 4-dən 6-dək isə Azərbaycan-ABŞ iş planına əsasən ABŞ-da dalğıc kursunda iştirak edəcəklər.

 

Eyni zamanda Azərbaycan hərbçiləri Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən, mayın 9-dan iyunun 17-dək Çexiyada çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırlığı (MPSO İTC) kursunda olacaqlar. Azərbaycanlı zabitlər 9-20 mayda Almaniyada NATO-nun informasiya əməliyyatları planlaşdırıcıları kursuna, 12-18 mayda isə Brüsseldə keçiriləcək tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursuna qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə