Brenda Şaffer: “Münaqişə ətrafındakı vəziyyət nəzarətdən çıxa bilər”
"Hər il münaqişənin tezliklə həllinə dair ümidverici bəyanatlar səslənir, lakin münaqişə hələ də həll olunmayıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Diplomatiya Akademiyasının və Xayfa Universitetinin professoru Brenda Şaffer deyib. O, qeyd edib ki, prosesdə müəyyən irəliləyişlərin olduğunu söyləməyə imkan verən bəzi məqamlar var. Belə ki, hazırda ABŞ və Rusiyanın kifayət qədər yaxşı münasibətləri mövcuddur və ATƏT-in Minsk qrupuna daxil olan bu ölkələr arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gizli bir yarış gedir: "Çünki dövlətlərdən biri münaqişənin nizamlanması prosesində hakimiyyəti ələ almağa çalışırsa, o zaman digər dövlət bu niyyəti onun əlindən almağa cəhd edir. Bir tərəfdən qoşunların təmas xəttində vəziyyət gərginləşib. Situasiya təhlükəlidir və düşünürəm ki, hamı bu münaqişənin dondurulmuş olmadığını və yenidən alovlanma ehtimalının mövcudluğunu anlayır. Demək olar ki, hər gün təmas xəttində atəşkəsin pozulması ilə bağlı xəbərlər yayılır. Bu onu göstərir ki, vəziyyət nəzarətdən çıxa bilər".
Rusiyanın son zamanlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində aktivliyinə gəlincə Brenda Şaffer bildirib: "Fikrimcə, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici rola malikdir. Çünki ilk növbədə Rusiyanın Ermənistana qarşı təzyiq mexanizmləri mövcuddur. Bütün bunların fonunda Rusiya münaqişənin həllində çox gözəl imkanlar yarada bilər. Həmçinin regionda vəziyyətin gərginləşməsi də Rusiyanın maraqları çərçivəsində deyil. Çünki Cənubi Qafqazda vəziyyətin gərginləşməsi Rusiyaya, Şimali Qafqaz regionuna təsir edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB