İsrailin Azərbaycandakı səfiri: “Dağlıq Qarabağın həlli üçün tərəflər arasında ortaq məxrəcə gəlinməlidir”

İsrailin Azərbaycandakı səfiri: “Dağlıq Qarabağın həlli üçün tərəflər arasında ortaq məxrəcə gəlinməlidir”

"Dağlıq Qarabağın Fələstin-İsrail arasında mövcud olan münaqişə kimi uzun olmaması üçün tərəflər arasında ortaq məxrəcə gəlinməlidir. Rəsmi Bakı bu istiqamətdə ardıcıllıq nümayiş etdirir. Bu isə əsas şərtdir". SİA-nın xəbərinə görə, bu fikirləri İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem deyib. Onun sözlərinə görə, İsrail beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövcud olan sənədləri rəhbər tutaraq Azərbaycanın mövqeyini dəstəkləyir: "Eyni zamanda beynəlxalq təşkilatlar da Azərbaycana dəstək verir. Dövlətimizin də mövqeyi bu istiqamətdə bəllidir və bu bəyanatdan kənara çıxmaq istəməzdim".

 

İkitərəfli əməkdaşlığa gəlincə səfir bildirib: "İki dövlət arasında hərbi sferadan başqa təhsil, səhiyyə, turizm, kənd təssərüfatı sahəsində əməkdaşlıq mövcuddur. Ümidvaram ki, bu il də bu əməkdaşlıq inkişaf edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə