Paşinyan Ermənistanı uçuruma aparır TƏHLİL

Paşinyan Ermənistanı uçuruma aparır TƏHLİL

Ermənistanda üç əsas güc strukturu rəhbəri çoxdan düşünülmüş, qondarılmış səbəbə görə işdən çıxarıldı, vəzifəsindən uzaqlaşdırıldı ki, əksər ermənilər bu cür hərəkətləri heç də bəyənmirlər və bunu dəstəkləmirlər. İndi bu ölkənin ictimai fikrində bu barədə geniş müzakirələr gedir və erməni cəmiyyətinin narazılığı dərhal hiss olunmaqdadır.

Narazılıqlar dalğansının rezonans doğurduğu da artıq sirr deyil. Ələlxüsus, Ermənistanın keçmiş hakimiyyətinin nümayəndələri, Paşinyanın və onun komandasının, yeni hakimiyyətin vəzifədən uzaqlaşdırdıqlarının narazılıqları ictimai fikirdə xüsusi çəkiyə malikdir. Xüsusən, erməni cəmiyyətində xüsusi “avtoritet” sahibi olan Milli Təhlükəsilik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanesyan kimiləri açıq-aşkar şəkildə Paşinyan hakimiyyətinin qüsurlarını, uğursuzluqlarını sadalayırlar və hətta erməni mediasında da bu fikirlər işıqlandırılır. Məsələn, eks MTX rəhbəri yeni təyinatlara kəskin reaksiyasını gizlətmir və "Yerkir Media" telekanalına müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru açıq-aşkar bəyan və etiraf edir ki, Ermənistanın təhlükəsizliyi təhdid altındadır. O, qeyd edir ki, 29 yaşlı Arqişti Karamyanın Milli Təhlükəsizlik Xidmətinə direktor təyin edilməsi Ermənistan üçün ən böyük təhlükədir. Vanesyan bu təyinata mənfi münasibətini gizlətməyib və haqlı olaraq Paşinyana, onun komandasına iradını bildirərək xatırladıb ki, milli təhlükəsizlik xidməti onlar üçün iqtisadi məsələr, yaxud korrupsiya məsələləri ilə bağlı cinayətlərlə müqaisə ediləcək deyil və bu posta səriştəsiz, heç zaman bu strukturda çalışmayan, tamamilə məlumatsız birinin təyin edilməsi ölkə üçün çox böyük bir təhlükədir. Həmçinin xatırladıb ki, tamamilə səriştəsiz, güc strukturları barədə məlumatsız biri çox təhlükəli informasiyaların daşıyıcısı olacaq ki, bu indiki hakimiyyətin ağlına sığmayacaq dərəcədə təhlükəlidir.

Məsələ burasındadır ki, bu vəzifə dəyişikliyi adı altında Paşinyanın oyunları hər kəs üçün bəlli məsələdir. Vanesyan öz müsahibəsində açıq-aşkar vurğulayır ki, Milli Təhlükəsizlik Xidmətinin də, polisin də, digər strukturlarının da əslində elə rəhbəri Paşinyan özüdür və MTX başda olmaqla bütün güc struktirlarını erməni baş nazir öz rəqiblərinə qarşı qoymağa çalışır. O, diqqətə çatdırır ki, müxtəlif xarici fondlardan aldıqları pullar müqabilində müxtəlif əks rəy formalaşdıranlar özləri də Paşinyanın komandasında və hakimiyyətdədirlər.
Təkcə Ermənistan ictimaiyyətində deyil, bu proseslər kənardan da izlənilir və siyasi şərhçilər, politoloqlar məsələnin mahiyyətini şərh edir, lazımi qiymət verirlər. Daha doğrusu, Nikol Paşinyanın öz maraqları naminə etdiyi hiyləgərliklər açılıb ortaya qoyulur, şərh edilir. Məsələn, Ermənistanın baş naziri Paşinyanın karantin pozduğu üçün üç əsas təhlükəsizlik işçisini dərhal cəzalandırmaq qərarını “Vzqlyad” qəzetinə müsahibəsində politoloq Vladimir Lepexin də şərh edib və bir sıra məqamları ictimaiyyətin diqqətinə çatdırıb. O, qeyd edib ki, ermənilərin əksəriyyəti istefaların son seriyalarını dəstəkləməyəcək. Politoloq vurğulayır ki, Ermənistan cəmiyyətində kifayət qədər ciddi bir parçalanma var və baş nazirin populyarlığı bir neçə aydır ki, aşağı düşür.
Avrasiya İqtisadi İnstitutunun baş direktoru Vladimir Lepexin həmçinin diqqətə çatdırır ki, Paşinyanın populyarlıq səviyyəsinin aşağı düşməsinə səbəb pandemiya zamanı etdiyi hiyləgər hərəkətləri, eləcə də kadr siyasətinin səmərəsiz olmasıdır. Həmçinin qeyd edir ki, baş nazir ya yeni nazirlər təyin edir, ya da tezliklə vəzifəsindən azad edir və kiçik bir ölkədə istefalar sürətlə artır.

"Müxalifət əhval-ruhiyyələri keçmiş prezident Serj Sarkisyanın mühitindən olan alternativ elit qruplarda böyüyür", deyə politoloq bildirir.

Həqiqətən də tam reallıq əks olunur, çünki iki il əvvəl hakimiyyəti itirən Sarkisyan komandasının nazirləri və Respublikaçılar Partiyasının fəalları "heç yerə getməyib" və qisas almaq üçün Paşinyanın hər səhvini izləyirlər. Hazırda baş nazirlə Sarkisyana qarşı eyni vəziyyətlə üzləşə biləcək qrupların birləşməsi təhlükəsi var. Buna görə son kadr qərarları Baş qərargahın işinə edilən iddialarla deyil, bu gərginliklə izah olunur. Hökumətdə kadr sıçrayışları artır, amma, iqtisadiyyatda real uğurlar yoxdur
Ermənistanın baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Artak Davtyan, Milli Təhlükəsizlik Xidməti rəhbəri Eduard Martirosyan və polis rəisi Arman Sarkisyanı hədəfə aldı. Düzdür, sonradan işdən çıxarılanların “Ermənistana və erməni xalqına xidmətlərini” davam etdirəcəyini istisna etmədi. Qeyd edək ki, Baş Qərargahın işdən çıxarılan rəisi iki ildən artıq müddətdə vəzifəsini icra edib. Onik Qasparyan Baş Qərargahın yeni rəisi, Arqişti Haramyan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Vahe Qharyaryan polisin rəhbəri təyin edilib.

Serial şəklində olan istefaların səbəbi, bazar günü istefaya gedənlərin hər üçünün Davtyanın oğlunun toyunda iştirak etməsi və bununla da kütləvi tədbirlərə qoyulan qadağanı pozması olub. Əslində, güc srukturları rəhbərlərinin koronavirusa görə reallaşdırılan məhdudlaşdırıcı tədbirləri pozması bəhanəsi ilə işdən çıxarılması həddindən artıq cəzalandırma tədbiridir. Karantini pozduğuna görə cəza olaraq, Paşinyan onlara töhmət verə və ya cərimə ilə cəzalandırmanı məhdudlaşdıra bilərdi. Daha doğrusu elə bu qədər də bəs edirdi və belə də olmalı idi. Amma siyasi mübarizə olduğuna görə, hər hansı bir səbəb məqsədə nail olmaq üçün istifadə olunub və Paşinyan niyyətiniə çatacağını düşünərək bir növ ağlına gələni əsirgəməyib.

İş orasındadır ki, ilk günlərdən, yəni, pandemiyyanın lap elə birinci günündən bu vaxtadək Ermənistanda qabaqlayıcı tədbir görülmür və baş verənləri də bir nazirin, yaxud üç mənurun üstünə atmaq absurddur. İndi erməni cəmiyyəti qarşısında koronavirusla mübarizəsindəki məğlubiyyətini, özünün də dedyi kimi, nəzarətdən çıxan vəziyyəti ört-basdır etmək üçün Nikol sadəcə olaraq diqqəti yayındırmaq istəyir.

İndi başını itirən səriştəsiz bir küçə nümayişçisi hərəkətsizliyini, bacarıqsızlığını, imkansızlığını gizlətmək və diqqətin onun özünə qarşı yönəlməsinin qarşısı almaq üçün hər nə desən edər. Elə bu istefalar da onun hər nə desən edəcəklərindəndir ki, bu həm erməni cəmiyyətində, həm də kənarda belə rezonans doğrub və müzakirə mövzusuna çevrilib. Çünki, heç kim üçün artıq sirr deyil ki, Paşinyan öz reytinqinin sıfıra yaxınlaşdığını, nəticə etibarı ilə güclə, daha doğrusu min bir hiyləgərliklə, avantüra ilə ələ keçirdiyi postu itirəcəyini açıq şəkildə dərk etdiyi üçün künah keçisi axtarır və vaxtaşırı kimləri isə hədəf seçir. Amma onun bu hərəkətləri Vanesyanın da dedyi kimi bütövlükdə Ermənistanı daha böyük təhlükələrə sürükləyir. İndi isə koronavirusla mübarizənin də qalan bütün məsələlər kimi nəzarətdən çıxdığını etiraf belə edən erməni baş nazir müxtəlif yollarla ictimai fikirdə çaşqınlıq yaratmağa, fakir yayındırmağa çalışır ki, müəyyən vaxt qazansın. Amma bu heç də həll yolu deyil və nəinki Paşinyanı vəziyyətdən çıxa bilər, əksinə bütövlükdə Ermənistanı daha acınacaqlı durumla qarşılaşdıracağı gün kimi aydındır və politoloqlar da bunu etiraf edirlər. Halbuki, üç məmuru və bundan əvvəlkiləri qurban versə də, Nikol heç bir tərəddüd etmədən, yalnız öz mənafeyinə görə bütün Ermənistanı uçuruma aparır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə