"Paşinyan Kanadada 3 milyon dollara ev alıb" – “Hraparak”

"Paşinyan Kanadada 3 milyon dollara ev alıb" – “Hraparak”

Baş nazir Qagik Tsarukyanı məhv edəcəyini bildirib

“Qagik Tsarukyanın məşhur çıxışından sonra hakimiyyətlə “Çiçəklənən Ermənistan” partiyası arasındakı “atışma” son vermir. Sonuncunun bəyanatı “Mənm addımım” nümayəndələrini ruhi sarsıntıya salıb”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Erməni nəşrinin yazdığına görə, Tsaurkyan telefonla baş nazir Nikol Paşinyanla danışıb və ikinci brincini istənilən addım atacaqları halda məhv edəcəyini bildirib. Lakin “Çiçəklənən Ermənistan” təmsilçiləri geri çəkilmirlər, onlar hakimiyyətə əks-zərbələr vurmağa davam edirlər.

“Çiçəklənən Ermənistan” partiyasının deputatı Artyom Tsarukyan (Qagik Tsarukyanın qohumu) bu ərəfələrdə korrpupsiya işini ifşa edib. Belə ki, o Paşinyanın Kanadada bacısının cangüdəninin adına 3 milyon dollara ev aldığını bildirib. Ona sual veriləndə ki, o bunları hansı faktlar əsasında iddia edir, deputat faktların olmadığını deyib və onun fikri Nikol Paşinyanın “havadan asılı qalan” sevimli xəbərlər məntiqinə sığır”, “Hraparak” yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə