ADAU-da ilk dəfə olaraq Aqrar İqtisadiyyat Elmləri üzrə Müdafiə Şurası yaradılıb

ADAU-da ilk dəfə olaraq Aqrar İqtisadiyyat Elmləri üzrə Müdafiə Şurası yaradılıb

Azərbaycan Dövlət Aqrar Universitetində ilk dəfə olaraq Ali Attestasiya Şurasının qərarı ilə Aqrar İqtisadiyyat Elmləri üzrə Müdafiə Şurası yaradılıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, şuranın ilk iclasında adıçəkilən qurumun aqrar elmin inkişafındakı rolundan danışılıb. Qeyd olunub ki, Şuranın fəaliyyətə başlaması ali təhsil ocağının tarixində əlamətdar hadisələrdən biridir.

Alimləritn fikrincə, yeni qurum gənc alimlərin, xüsusən aqrar sektorda çalışan mütəxəsisslərin elmi işlərinin öyrənilməsi və tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Adıçəkilən şura elmlər namizədi və elmlər doktoru kimi fəxri adları müdafiyə etməyə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə