AXCP-Müsavat qarşıdurması çox düyünləri açdı

Zaman və müddət heç nəyi dəyişməyib
AXCP-Müsavat qarşıdurması çox düyünləri açdı

Abırsızın abırı olmaz. Bu aksiomadır. Ancaq qəribəsi odur ki, belə abırsızlar başqalarından siyasi ləyaqət tələb edir. Və ən gülünc doğuranı da odur ki, epidemiyanın tuğyan etdiyi məqamda sosial şəbəkələrdən çağırışlar edən bu abırsızlar indii də başlayıblar başlayıblar satqın axtarışına. Bu o adamlardır ki, daim demokratiyadan, haqq və ədalət uğrunda sivil siyasi mübarizə aparmalarından pafoslu şəkildə danışan, özünü tərifləyən radikal müxalifət düşərgəsinin "ana", "ata" müxalifəti sayanlar görəsən satqını başqa yerdə niyə axtarır?. Elə satqın toplusu özləri deyilmi?. AXCP-dən tutmuş Müsavata, "Osmanqızı" və "Azərbaycan saatı" kanallarına kimi, yalan danışdıqları qədər də satqın deyillərmi? ictimai rəyi zəhərlənmədən qorumaq üçün onların ifşası mütləqləşir. Özü də özləri tərəfindən. Bu mənada, müxalifət düşərgəsində qarşılıqlı saldırmalar o qədər geniş və çoxşaxəlidir ki, məsələ sistemli bir yanaşma tələb edir. El bu günlərdə AXCP-nin keçirdiyi vidokonfrans kimə və nəyə lazım idi?.Nəyə nail oldunuz?

AXCP üçün söyüş və təhqir təəccüblü hadisə deyil

Çünki AXCP-Müsavat arasında qarşıdurmalar, bu qarşıdurmalardan və ondan doğan qarşılıqlı ittihamlar, eləcə də təhqir və söyüşlər əslində uzun illərə söykənən reallıqdır. Əslində hər iki partiya illərdir bir-birini sıradan çıxarmaqla məşğuldur, biz bunu növbəti dəfə AXCP-nin rəyasət heyətinin “zoom” iclasında müşahidə etdik. Ya sosial şəbəkələrdə, ya da mətbuat vasitəsi ilə hər iki partiyanın rəhbərliyi hələ də qarşı tərəfi "satqın" ittihamı ilə atəşə tutur. Hər iki tərəf yenə də "xəyanətkar" ittihamı səbəbindən qarşı-qarşıya dayanıblar.

“İctimai Palata"dan “Milli Şura”ya, oradan isə həqarət və təhqirlərə...

Əgər biz AXCP-nin məlum iclasında səslənən fikirləri növbəti dəfə nəzərdən keçirsək və ittihamların hansı səbəblərdən yarandığının təhlilini aparsaq bir sıra digər nüanslara vara bilərik. Ancaq buna keçməmişdən də əvvəl xatırlatmaq yerinə düşərdi ki, AXCP sədri Əli Kərimlinin müsavatçılara olan antipatiya xarakterli mövqeyi özünü daha çox Müsavat Partiyasının “Milli Şura”nın sıralarını tərk etməsindən sonra göstərməyə başladı. Halbuki, bu qurumdan əvvəl də həmin partiyalar “İctimai Palata” adlı iflasa uğramış qurumda bir araya gəlməyi bacarmamışdılar.

Məmməd İbrahim: "Arif Hacılı və İsa Qəmbərlərin Mustafa Hacıbəyli kimi “dabandaşları olması onların söyüşə, təhqirə də layiqdirlər"

AXCP RH-nin virtual iclasındakı təhqirlərə. Müsavatçıların heç vaxt komanda şəklində iştirak etmədiyini, lakin cəbhəçilərə qarşı birləşdiklərini iddia edən partiyanın funksioneri Məmməd İbrahimin dediyi bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, AXCP daha öncələr də Müsavatın rəhbər şəxslərini təhqir hədəfinə alıb. Məsələn, “Bizim uşaqlar Arif Hacılı, İsa Qəmbər haqqında da yazılar yazıb”, deyən cəbhəçi funksioner qarşı tərəfin bu dəfə komanda şəklində cavab vermələrinin təşkilatçısı olaraq Mustafa Hacıbəylini göstərib: "Belə bir şey görülməmişdi. Bu, sırf komanda idi. Hamısını dabandaşı Mustafa gətirmişdi”.

Bu yerdə heç də təəccüb etmirsən, çünki artıq illərdir ki, özlərini “müxalifətin ana partiyası” kimi ictimai rəyə sırımağa çalışan kərimovçular müsavatçılar tərəfindən sıxışdırılmağa başlandıqlarını görüb, söyüş, təhqiri əsas çıxış yolu bilirlər. Və Müsavaatda olanları da şərəfsiziz hesab etdiklərini deyirlər. Bu yerdə, necə deyərlər "kor-kora kor deməsə bağrı çatlar". Hansı şərəfdən danışırsınız?. Məgər Əli Kərimli "şərəf", "mənəviyyat» nə olduğunu bilir?

Bu təhqir və söyüşlərin daha da qızışmasının səbəbi bəllidir. Belə ki, AXCP sədri Ə.Kərimli artıq olmayan nüfuzunu itirdiyini aydın görərək, Müsavat azacıq da olsa bunlardan fərqləndiyi üçün digər müxalifətçiləri də söyüş hədəfinə alaraq M.İbrahim bildirir ki: “Komanda verilmişdi və gəlib Aydın Can kimi şərəfsiz adamın statusunun altında çaqqal kimi ulaşırdılar. Çox biabrçı, şərəfsiz sözlər yazmışdılar. Adam baxıb cavab da vermək istəmir. Mən adi cümləmizi də onlara deməyə rəva bilmirəm. Özü də İqbalı tərifləyən statusda bunu etdilər. İqbal da bunları söyür. Elə birbaşa İqbal Ağazadə Aydın Cana o yazını yazdırmışdı. Onlara da komanda verilmişdi ki, gedin dəstəkləyin”.

Baş verənlər isə ənənəvi savaşın ardı və qaragüruh müxalifətin bariz “simasıdır”. Yenə də çayxana söz-söhbətləri, yenə də küçə və tin söyüşləri necə deyərlər, biri bir qəpikdən.

İsmayıl Cəlilov: "AXCP trolları çox pis, tərbiyəsiz insanlardır. tərəfdarları çobana ehtiyacı olan cinayətkarlar sürüsüdür"

Avropada mühacir həyatı yaşayan İsmayil Cəlilovun sosial şəbəkələr, youtube üzərindən Kərimliyə ünvanladığı suallar, eyni zamanda ittiham və haqlı iradlar da açılmayan düyünlərin açılmasına səbə olub: "27 ilə yaxındır ki, hakimiyyətə gəlmək eşqi ilə yaşayan, bunun üçün istənilən addımı atmağa hazır olan, yeri gələndə ermənilərlə belə əməkdaşlıq etməkdən çəkinməyən AXCP sədri Əli Kərimli qarşısına qoyduğu məqsəd və vəzifələri reallaşdıra bilmədikcə daha təhlükəli olmağa başlayır. AXCP sədri indi o qədər də təhlükəli olub ki, hətta yaxın ətrafına da hücum etmək, onlara zərər yetirməkdən belə çəkinmir. Görünür zaman və müddət heç nəyi dəyişməyib. Elə götürək Əbülfəz Elçibəydən bu tərəfə kimlərə xəyanət etməyib Əli Kərimli? Əslində baş verənlər Kərimlinin əsl simasıdır – satan və satılan, xəyanətkar, cinayətkar, iblisxislətli şeytandır. AXCP sədri hansı şərəf, ləyaqətdən danışır? Demokratiyanın əsas göstəricilərindən biri sayılan fikir, söz azadlığına qarşı çıxır, müstəqil medianın inkişafına mane olur". Çünki AXCP sədri bilir ki, nə dağıdıcı düşərgədə, nə də cəmiyyətdə bir heçdir. Belə olan məqamda Əli Kərimli pandemiya zamanında çıxış yolunu ona qarşı çıxanlara qarşı belə bir ssenari hahücum tapşırığı ilə "varlığını" nümayiş etdirmək istəyir. "Eşşək anqırar tayını tapar" boş yerə deməyiblər... Deyirəm ki Kərimli utanmırmı? Görün ətrafında kimlər var. Mənə yazır məsləhət görürlər ki, bu mundarlarla işin olmasın. Başa düşürəm. Amma bilirsiz niyə paylaşıram? Əli Kərimlinin yan-yörəsində kimlər var, biləsiz deyə. Bunlar hamısı, hər birisi düşük cinayətkarlardır...".

Bəli, bu xəmir hələ çox su aparacaq. Və bu gün AXCP trolları necə davranırlarsa, dünən də elə olub, sabah da bu cür davam edəcək, əlbəttə ki, AXCP düşdüyü iflas burulğanından xilas olmağa macal taparsa...Və bu söyüş və təhqirlər isə hələ çox olacaq. Ta o vaxta qədər ki, zəifliklərini öz dilləri ilə etiraf etmək olacaqlar, yəni süqut edəcəklər. Bunu isə hər şeyi yaddaşına köçürən və yalan danışmayan zaman da göstərəcək.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə