Təhmasib Novruzov: “AXCP-nin toplantısında müsavatçıların təhqir edilməsi Əli Kərimlinin ssenarisidir” MÖVQE

Təhmasib Novruzov: “AXCP-nin toplantısında müsavatçıların təhqir edilməsi Əli Kərimlinin ssenarisidir” MÖVQE

"Məlum olduğu kimi, aprelin 29- da AXCP-nin Rəyasət Heyətinin toplantısında partiyanın fəalları Müsavat partiyasının funksionerlərının ünvanına ittihamlar səsləndirmiş, onları təhqiramiz ifadələrlə alçaltmaqdan belə cəkinməmişlər". Məsələ ilə baglı SİA-ya mövqeyini bildirən "Azadlıq Hərakatçıları"İctimai Birliyinin sədri Təhmasib Novruzov belə bir qarşıdurmanın gözlənilməz olmadığını deyib: "Məsələnin mahiyyəti çox sadədir və anlaşılandır. Artıq hakimiyyətə gəlmək eyforiyasının sifıra endiyi bir vaxtda, indiyə kimi hakimiyyətə qarşı ittihamlar səsləndirən hər iki partiyanın fəalları bir- birinə hücuma keçməliydilər və bu gozlənilən idi. Hər iki partiya son vaxtlara qədər üzvlərini hakimiyyətə gələcəklərinə inandıraraq, eyforiya yaratmışdılar. Son seçkilərin nəticəsi isə onların olan- qalan umidlərini də sıfırladı".

"Əli hər seydən üzülən partiya yetkililəri siyasi məglubiyyətlərinin səbəbini kənarda axtarmalı, diqqəti ozlərinin siyasi bacarıqsızlıqlarından yayındırmalı idilər", deyən T.Novruzova görə, bu belə şantaj oyunlarının mahir ustası olan Əli Kərimli mövcud üsulla partiyasının ondan hesabat tələblərinin qarşısına itələdiyi kötükdür: "Yəni, onların yanlış siyasəti bizi də dalana dirədi. Təbii ki, belə oyunları qurmaqda mahir olan Əli Kərimli nəyi və niyə etdiyini yaxşı bilir. Nəticədə, gozlənilir ki, qarşıdurma daha da hiddətli təhqirlərə, ittihamlara aparıb çıxaracaq ki, burda da əsas məqsəd bir- birini günahlandirmaqla xaricdən aldıqlarına rəgmən uduzmalarının səbəbini ozlərindən uzaqlaşdıra bilsinlər. Məncə bu baslanğıcdır və daha kəskin savaş qarşıdadır".

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə