Apelin 28-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Silahlı Qüvvələr və Nəqliyyat Komitələrinin üzvü, Azərbaycanla işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
SİA-nın xəbərinə görə, görüşdə Ziyafət Əsgərov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaxın münasibət qurduğu ölkələrdən biri də ABŞ-dır: "2003-cü ildə ABŞ Konqresinin Azərbaycanla dostluq qrupunun üzvlərinin Bakıya səfəri zamanı parlamentlərarası əlaqələrin inkişafına dair Memorandum imzalanıb. Bu cür sənədlər əməkdaşlığımızın daha da genişlənməsi üçün imkan yaradır".
Söhbətdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, energetika sahəsində həyata keçirilən əməkdaşlıq və digər sahələrdə münasibətlərimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin komitə sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, millət vəkili Sabir Hacıyev, ölkəmizin ABŞ-dakı səfiri Yaşar Əliyev, ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə və digər rəsmi şəxslər iştirak ediblər. Görüşdən sonra ABŞ Konqresinin Pensilvaniya ştatından respublikaçı üzvü, ABŞ-Azərbaycan dostluq qrupunun rəhbəri Bill Şuster mətbuat nümayəndələri üçün brifinq keçirmiş, jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB