"Prezidentin rəhbərliyi ilə ölkədə koronavirusa qarşı mübarizədə ən effektli üsulu seçdik" ÖZƏL-MÜNASİBƏT
"Bu gün dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı hər bir ölkənin özünün strateji tədbirlər planı var. Hansısa ölkə öz işini strateji plan əsasında qurursa, pandemiyaya qarşı müabrizə də daha effektli olur". Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.
"Böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, cənab Prezidentimizin rəhbərliyi ilə biz ölkəmizdə koronavirusa qarşı mübarizədə ən effektli üsulu seçdik. Bu dünyaya bir nümunə oldu. Eyni zamanda bu gün Azərbaycan təcrübəsi dünyada öyrənilir və tətbiq olunur. Bunlardan biri də ölkə başçısının düşünülmüş addımı və vaxtında verdiyi qərardır. Bu gün ölkədə modul tipli xəstəxanaların tikintisi davam edir. Dövlət başçısı da haqlı olaraq qeyd edib ki, bu bəla hələ bizimlə uzun müddət yaşayacaq. Ona görə də koronaviusla bağlı ikinci dalğanın ola bilmə ehtimalı nəzərə alınaraq cənab Prezidentimiz modul tipli xəstəxanaların tikilməsinə göstəriş verdi. İlk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir. Həmçinin süni tənəffüs aparatlarının alınması üçün də dövlət büdcəsindən vəsait ayrılıb.
Artıq bu gün ölkəmizdə spirt tərkibli dizenfeksiyaedici maddələrin qıtlığından söhbət belə gedə bilməz. Ölkə başçısı da çıxışında qeyd etdi ki, müstəqillik, azadlıq, inkişaf budur. Biz nəinki öz ehtiyaclarımızı təmin edirik, eləcə də dünya dövlətlərinə də öz yardımımızı göstəririk. Bir sözlə, görülən işlərin hər birinin ardıcıllığında insanların sağlamlığının qorunması dayanır. Virus pandemiyası hələ də can almaqda davam edir. Bu virus insanların psixoloji durumuna, sağlamlığına çox pis təsir göstərir. Cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində biz bu bəladan az itki ilə çıxmaqda davam edirik"-deyə, İ.Məmmədov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB