Tacikistan səfiri Azərbaycana təşəkkür edib

Tacikistan səfiri Azərbaycana təşəkkür edib

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə Tacikistan Respublikasının Azərbaycandakı səfirliyində Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan-Tacikistan parlament əlaqələri və hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

Tacikistan səfiri koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın Tacikistana etdiyi böyük yardıma görə təşəkkür edib, Azərbaycan Prezidentinin cənab İlham Əliyevin qardaş Tacikistana dostluq münasibətin ölkəsində yüksək qiymətləndirildiyini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə