Ramin Hacılı ermənilərə təxribat törədəcəyini vəd edib FAKT + FOTOLAR
Vaxtilə düşmənlərimizlə çörək kəsib, rəqs edən ünsürün bəyanatı onun və ətrafının xarici ermənipərəst dairələrlə sifarişlər əsasında fəaliyyət göstərmələrini sübut edir
Koronavirus pandemiyasının qarşısının alınması, əsasən də vətəndaşların sağlamlıqlarının mühafizəsi üçün dövlətin gördüyü tədbirlər, xərclənən vəsaitər, həyata keçirilən sosial və səhiyyə xarakterli layihələr bir daha sübut edir ki, bu siyasətin təməlində insan amili və bu amilin dəyərləndirilməsi faktı dayanır. O da bəllidir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi karantin rejimi tətbiq olunur və bu tətbiqin əsas məqsədi təhlükəli infeksiyanın yayılması, insanlara yoluxmaması üçündür. Daha dəqiq desək, ölkəmizin əvvəlki mühitinə qaytarmaq üçün birgə mübarizə, məsuliyyət, həmrəylik kimi mühüm məqamlar öncüllük təşkl etməlidir. Məsələn, məhz bu məqamlara riayət olunması artıq dünyanın iki ölkəsində - Yeni Zellandiyada və Laosda COVID-19-a qalib gələniməsi ilə nəticələnib. Hər iki ölkənin rəhbərliyi bu zəfəri vətəndaş məsuliyyəti ilə əlaqələndiriblər. Yəni insanlar tələb olunan karantin rejiminə əməl ediblər və nəticədə koronavirus qorxusu artıq onlar üçün bir tarixə çevrilib.
Lakin…
Ramin Hacılı bu gün də erməniləri özünə dost, qardaş hesab edir
Lakin bu həqiqətləri anlamayanlar, dərk etməyənlər, bəlkə də dərk etsələr belə, bunu qəsdən biruzə etməyənlər müxtəlif üsullarla vətəndaşlar arasında çaşqınlıq yaratmağa, təxribatlar törətməyə davam edirlər. Bir neçə gündür ölkədə polisə qarşı aparılan iyrənc kampaniyanın məqsədinin də bu olması sirr deyil.
Başqa tərəfdən, bu gün Azərbaycana qarşı düşmən mövqeyində dayanan mənfur dairələr və onların ölkədaxili əlaltıları, nökər və qulluquçuarı hələ də öz çirkin niyyətlərində qaldıqlarını, xəyanətkar əməllərini utanmadan-qızarmadan davam etdirəcəklərini bəyan edirlər. Erməni lobbisinin pul-parası ilə gün-güzəran sürən, bu vasitə ilə özlərini “ictimai fəal”, “müxalifətçi fəal” olaraq ictimai rəyə sırıyan ünsürlərdən biri də bir zamanlar (2013-cü ildə) “Azərbaycan Avropa Hərəkatının” rəhbəri statusunda Ermənistana səfər etmiş, erməni çörəyi və suyu ilə bəslənərək boynuna öhdəliklər qoyulmuş, bu gün də düşmənləri özünə dost, qardaş gördüyünü həyasızcasına bəyan edən Ramin Hacılıdır. Belə ki, bu xain bir daha öz ifadəsi ilə xalqın, dövlətin düşməni olduğunu açıq-aydın etiraf edib.
“Əgər bu həftə sonu üç günlük evdənçıxma qadağası olsa, tabe olmayacam və çıxacam”.
Əslində bu ifadənin özü birbaşa xarakterix təxribatın məntiqi etirafıdır
Üstəlik R.Hacılı bildirib ki, həbs olunarsa, hüquqi yollara baş vuracaq: “Sübut edəcəm ki, bu qərar qanuna ziddi. Çünki hüquqi olaraq əsası yoxdu bu qərarın. Operativ Qərargah, xəbərdarlıq etdim”.
Əslində daha bir məqam budur ki, hazırda Ermənistanda koronavirusla mübarizədə gerçək məğlubiyyət baş verir və bunu ölkənin baş naziri Nikol Paşinyan da etiraf edib. Çox yəqin ki, erməni lobbisi R.Hacılının ermənilərlə dostluq, qardaşlıq telləri bağladığını bildikləri üçün, Ermənistandakı fəlakəti gizlətmək naminə ona bu sifarişi veriblər. O da qardaşları ermənilər üçün bu “fədakarlığı” göstərmək niyyətində olduğunu bildirib.
Göründüyü kimi, kifayət qədər siyasi həyasızlıq göstərən bu adam qanunları pozacağını deyir, amma özünü təmizə çıxarmaq üçün “hüquqi yollara” baş vuracağını bildirir (?!). Hüququ pozub hüquqi yolara baş vurmağın isə nə demək olduğunu anlamaq, bu iddianın hansı məna kəsb etdiyini demək isə çətindir. Əslində bu ifadənin özü birbaşa xarakterix təxribatın məntiqi etirafıdır.
Təxribatçı fikrini ictimailəşdirib, suyu bulandırmağa cəhd göstərir
Təbii ki, bu təxribatın sonrakı mərhələsini də indidən agah etmək çətinlik yaratmır. Qaragüruh qrupların dərhal hay-həşir salacaqlarını, Avropa Şurasına dosonların yazılacağını artıq bəri başdan ehtimal etmək olar. Üstəlik, vaxtilə Ermənistanda çörək kəsdiyi erməni aşnalarının da əllərinə fürsət verən bu ünsür tələbləri pozacağı halda cəza alacağını, bu dəfə də polisə qarşı həqarətlərin yağdırılacağı mümkünlüyünü də yaxşı bilir. Ona görə də sözügedən təxribatçı fikrini ictimailəşdirib, suyu bulandırmağa cəhd göstərir. Ancaq baş tutmayacaq, çünki sğalam düşüncəli ictimaiyyət də yaxşı bilir ki, belə vasitələrlə mənfur qaragüruhçular heç vaxt öz arzularına çata blməyiblər, bundan sonra da çaata bilməyəcəklər. Bundan əmin ola bilərlər, xüsusilə də, təxribatçı R.Hacılı..!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB