Elçin Mirzəbəyli: “Əgər jurnalist hər hansı tərəf kimi öz fikirləri ilə konkret çağırışlar edirsə, o, artıq siyasətçidir" - MÖVQE
"Jurnalistin missiyasi baş verən hadisəni obyektiv şəkildə işıqlandırmaqdan ibarətdir. Yəni, jurnalist hər hansı bir məsələdə tərəf kimi çıxış etməməlidir". Bu barədə SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistlərin siyasi aksiyalarda çıxışları ilə bağlı açıqlaması zamanı deyib. O bildirib ki, əgər jurnalist hər hansı tərəf kimi bu və digər məsələlərlə bağlı çıxış edərək öz fikirləri ilə konkret çağırışlar edirsə, o, artıq jurnalist yox, siyasətçidir. Onun sözlərinə görə, əgər bu gün söhbət Azərbaycanda fəaliyyət göstərən bir neçə mətbuat orqanından gedirsə, demək olar ki, həmin KİV jurnalistika fəaliyyətilə məşğul olmur.
"Yəni, onların iş fəaliyyəti sırf siyasi fəaliyyətdən ibarətdir. Bu mətbuat orqanları ayrı-ayrı siyasi qüvvələrin, xüsusilə də barışmaz mövqe sərgiləyən qüvvələrin faktiki olaraq siyasətini həyata keçirir və bunun təbliği üçün də bütün addımlarını atırlar. Ona görə də onların iş fəaliyyəti bilavasitə siyasi fəaliyyət kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, onların jurnalistika və media adını iddia etmələri gülüş doğurur. Bir sözlə, dünyanın hər bir yerində media yalnız obyektiv informasiyanı təqdim etməklə məşğul olur, bu kimi məsələlər ilə yox", - deyə E.Mirzəbəyli qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB