“Nifrət ritorikası son həddə çatıb və qruplaşan insanlar bir-birlərini ləkələyir” Arman Tatoyan
Görünən budur ki, insanlar daha çox bir-birlərini təhqir edəcək rəqabət aparırlar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Arman Tatoyan bu gün jurnalistlərə verdiyi müsahibəsində mövcud nifrət ritorikasına istinadən söyləyib.
“Bu gün təəssüf ki, nifrət, təhqir və ləkələmə ritorikası son həddə çatıb. Bu hal çox narahatlıq doğurur. Kimin nə etməsindən, məmur olub-olmamasından asılı olmayaraq onların bir-birini ləkələməsini və təhqir etməsini dayandırmaq lazımdır. Dövlət məmurları üçün məsuliyyət daha böyükdür", deyə Arman Tatoyan bildirib.
O, qeyd edib ki, sağlam müzakirələrə şəbəkədə demək olar ki, artıq rast gəlinmir.
"Göründüyü kimi, qruplara bölünən insanlar bir-birlərini ləkələyir, təhqir edir, lərzəyə gətirir, kimin-kimi daha çıx təhqir edəcəyi istiqamətdə yarışır, rəqabət aparırlar.
Ombudsman, bu cür davranışların ictimai həyata keçməsində bir təhlükə gördüyünü də vurğulayıb.
"Belə hallar artıq mövcuddur", deyə Arman Tatoyan qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB