“Qrant alıb qanun pozuntularına yol vermək qəbahətdir və namərdlikdir” ÖZƏL-MÜNASİBƏT
“Xalqı təhqir etməyə heç kimin haqqı yoxdur!”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.
Onun sözlərinə görə, Azərbaycan müxalifətini “Milli Şura” teatrşünaslıq məktəbinə çevirib. “Belə də müxalifət olar? Erməni ilə danışıqlara gedən, öz millətindən olan hakimiyyəti ilə dialoqa getməyi təhqir hesab edənlərdən daha nə gözləmək olar? Heç nə gözləmək olmaz. Torpaqlarımız Xalq Cəbhəsinin zamanında işğal olunmadımı? O vaxtı erməni ilə danışıqlara getmədilərmi?
Vəzifə üçün erməni ilə də dialoqa getməyə razı olanlar, bu gün ölkədə sabitlik üçün, xalqın rifahı üçün, həmrəylik üçün dialoqa getməyi nəinki yaxşı qəbul etmir, hətta bu danşıqlara gedənlərin şərəf və ləyaqətlərini alçaldırlar, onları təhqir edirlər. Ələlxüsus bu fikirləri bir professorun dilindən eşitmək çox məyusedicidir.
Olkədəki sabitlik naminə hakimiyyətlə dialoqa getmək qəbahət deyil. Hesab edirəm ki, xaricdən qrant alıb gəncləri qanun pozuntularına bilərəkdən sövq edərək, onlardan qara piyar üçün istifadə etmək qəbahətdir və sözün əsil mənasında namərdlikdir… Siyasi məqsədlə yaransa da, hazırda “Milli Şura” bayağı məhlə və tin qruplaşması halını alıb. Ölkədə müxalifət olar. Çünki müxalifətin olması demokratiyanın var olmasının göstəricisidr. Amma belə müxalifətin olması onların özləri üçün böyük biyabırçılıqdır…”, deyə Əsli Kazımova bildirib.
Xatırladaq ki, Milli Şuranın onlayn keçirilən növbəti iclası zamanı şuranın sədri Cəmil Həsənli hökumətlə dialoqa gedən müxalifətçilərə “tryapka” deyərək onları təhqir edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB