"Trampa qarşı ciddi şəkildə koalisiyalar qurulmaqdadır" ÖZƏL-MÖVQE

"Trampa qarşı ciddi şəkildə koalisiyalar qurulmaqdadır" ÖZƏL-MÖVQE

"ABŞ prezidenti Donald Trampa qarşı ciddi şəkildə koalisiyalar qurulmaqdadır. Məqsəd hər nə olursa-olsun Donaldın növbəti dəfə ABŞ prezident kürsüsünə gətirilməsinə yol verməməkdir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

"O, bu yaxınlarda səhvə yol verdi. Ötən seçkilərdə ona qarşı yazılı KİV və TV-lər çıxmışdı. Tramp da sosial şəbəkələrdən istifadə edərək qalib gəlməyi bacarmışdı. Bu dəfə isə, son hadisələrlə bağlı "twitter" və "facebook" şəbəkələrinin direktorları ilə münaqişə yaşamaqdadır. Görünən odur ki, ayrı-ayrı ştatlarda qaradərililəri ayağa qaldıranlar Donaldın əsas gücündən biri olan sosial şəbəkələrin sahibləri və onun arasında “münaqişə” yaratmağı bacardılar. Üstəgəl, ölkənin əksər generalları kürsüdə Baydeni görmək istəyirlər. Beləliklə, noyabrda bütün dünya üçün çox vacib təqvim olacaq- ABŞ prezident seçkiləri. Kimin qalib gəlməsi yaxın 4 ildə bir çox məsələlərə aydınlıq gətirəcək. Unutmayaq kı, 2024 -cü il ərəfəsində regionda həssas dəyişikliklər ehtimalı yüksəkdir. 2022-2024-cü illərdə Türkiyədə və Rusiyada yeni imperializm siyasətini görmüş ola bilərik"-deyə, Z.Məmmədov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə