“Xalqımıza çağırış etmək istəyirəm” ÖZƏL-MÜNASİBƏT

“Xalqımıza çağırış etmək istəyirəm” ÖZƏL-MÜNASİBƏT

“Kimliyindən və vəzifəsindən asılı olmayaraq, hər kəs Cənab Prezidentin də söylədiyi kimi xalqın xidmətçisi olduğunu unutmamalıdır”. Bunu SİA-ya müsahibəsində Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Covid-19 pandemiyası ilə mübarizədə ən böyük, ən məsuliyyətli yük polislərimizin və həkimlərimizin üzərinə düşür.

“Sadəcə Azərbaycanda deyil, bütün dünyada eyni tendensiya hökm sürür. Bu ağır zamanda hər kəs polis və həkimlərin gücünü və önəmini hiss edir. Biz evdə pandemiyadan qorunmağa çalışdığımız zaman həkimlərimiz və polislərimiz gecədən sübhə qədər keşiyimizi çəkirlər. Bununla bərabər dünya praktikasında, polislərin xalqa göstərdikləri təzyiqləri də, kobud rəftarlarını da müşahidə edirik. Fransa, ABŞ, İtaliya, Latın Amerikası ölkələrinin praktikasında müşahidə edildiyi kimi polislərin xalqın ayrı-ayrı fərdləri ilə kobud rəftarları, yetirdikləri fiziki xəsarətlər çox məyusedici görüntülərdir. Hesab edirəm ki, Azərbaycan Covid -19 la mübarizədə tətbiq etdiyi tədbirlər proqramı ilə ilk sıralarda olduğu kimi, polis və həkim xidmətlərinə görə də, ilk sıralarda yer alır. Xalqın sağlığı və təhlükəsizliyi üçün belə olsa, heç bir halda Xalqla kobud rəftara yol verilməməlidir və verilmir. Cənab Prezident İlham Əliyev hər dəfə çıxışlarında başqa dövlətlərin praktikasında müşahidə edilən yaxşı təcrübələrin ölkəmizdə həyata keçirilməsini tövsiyə edir, qınadığımız təcrübələri deyil.

ASRP rəhbərliyi olaraq, xalqımıza da çağırış etmək istəyirəm və bildirirəm ki, pandemiya ilə mübarizədə ölkədə tətbiq edilən karantin rejminin sərtləşdirilməsi təhlükəsizliyimiz üçün çox önəmlidir. Hər kəsi hamılıqla karantin rejminə riayət etməyə və səbirli olmağa çağırıram”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə