“Bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusla mübarizə aparır və bu mübarizə fonunda əslində, mart-aprel aylarında sərt karantin tədbirləri hesabına uğurlarımız da var idi. Amma sonra iqtisadiyyatı dirçəltmək lazım olduğu üçün yumşalmaya getmək məcburiyyətindəydik və bu da müəyyən problemlər yaratdı ki, bununla da may ayının sonlarından və iyun ayının əvvəllərindən xəstə sayı artdı. Ona görə də məcburiyyət qarşısında Operativ Qərargah şəmbə və bazar qadağasını gündəmə gətirdi ki, bu da qardaş türkiyədə də tətbiq olundu və müsbət nəticələrə gətirib çıxardı.” Bu sözləri SİA-ya müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elşan Şahinoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, yaxın günlərdə biz də bunun, yəni şənbə və bazarla bağlı qadağaların müsbət nəticəsini görəcəyik.
“Qaydalara riayət olunmasına nəzarət polisə həvalə olunub. Polislər də bizlərdən biridir, onlar bizim qardaşlarımızdır, dostlarımızdır və onlar da insanları qanuna riayət etməyə çağırırlar. İnsanların böyük əksəriyyəti qanunlara riayət edir. Təəssüf ki, qanunlara riayət etməyənlər, müqavimət göstərənlər, polisin üstünə əşyalar atanlar da var idi ki, bu doğru deyildi. Onlar məsuliyyətə cəlb olunmalıdır, çünki, məsuliyyətə cəlb olunmasa onda qanunlara hörmət etməmiş olarıq və o zaman başqaları da düşünər ki, polisə müqavimət göstərsək cəzasız qalacaq. Kim ki, bu cür hərəkətləri dəstəkləyir əslində, anarxiya və xaosa üstünlük verdiklərini təsdiqləyirlər. Ona görə də, mən o şəxslərlə razı deyiləm və qəti əleyhinəyəm ki, polisə müqaviməti dəstəkləyirlər, bu cür görüntülər yayırlar. Çünki, düşmən də Azərbaycanın internet şəbəkələrini izləyir və bu görüntülərdən bizə qarşı informasiya savaşında istifadə edə bilər. İstənilən hakimiyyət qayda-qanunda, nizam-intizamda, güclü polisdə maraqlı olmalıdır. Çünki, bu dövlətin sabitliyi və inkişafı üçün vacibdir. Hər bir dövlət, demokratik dövlətlər də bunda maraqlıdırlar. Kim ki, hakimiyyətə iddia edir, bu məsələləri nəzərə almalıdır. Elə düşünməsinlər ki, onlar hakimiyyətdə olanda xaos və anarxiya ilə ölkəni idarə edə bilərlər. Qanunlara hamımız hörmət etməliyik. Qanunlara müqavimət göstərənlər, polisi alçaltmaq istəyənlər isə aydın məsələdir ki, məsuliyyətə cəlb olunacaqlar", deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB