Polis peşəkarlığını bir daha nümayiş etdirdi RƏY-ÖZƏL

Mais Səfərli: “İnsanların həyatını, sağlamlığını qorumaq hər şeydən vacibdir ”
Polis peşəkarlığını bir daha nümayiş etdirdi RƏY-ÖZƏL

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında operativ qərargahın Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda şənbə və bazar günləri tətbiq etdiyi sərt karantin rejimində polisin yüksək peşəkarlıq nümayiş etdirməsi cəmiyyətdə müsbət hörmət və rəğbət yaradıb. Amma təəssüflər olsun ki, bəzi qüvvələr xüsusilə də, müxalifət hay-küy salır, polisə qarşı qara yaxma kampaniyası aparırlar. "Yurddaş" partiyasının sədri Mais Səfərli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, polisə qarşı şər-böhtan kampaniyası həyata keçirməyə çalışanlar ağa qara deməyə adət edən müxalif ünsürlərdir: “Bildiyiniz kimi, koronavirusa yoluxma səbəblərindən dövlət həftə sonu qapanma tədbirlərinə qərar verdi. Bu addım həm tibbi, həm də hüquqi baxımından əsaslıdır. Hesab edirəm ki, onu müzakirə predmetinə çevirmək düzgün deyil. Lakin təəssüflər olsun ki, sosial şəbəkələrdə bununla bağlı çox mənasız müzakirələr aparılır. Dövlətin addımlarına dəstək vermək əvəzinə, bəzi sosial şəbəkə istifadəçiləri xüsusilə də, radikal müxalifətin nümayəndələri yenidən öz amplualarından çıxış edirlər. Onlar sosial platformaları yanlış fikirlərlə doldurur, adamları çaşdırır, mənasız, heç bir elmi, hüquqi dəyərlərə söykənməyən mübarizələr aparılar. İki günlük qapanma tədbirlərinin guya heç bir əhəmiyyəti olmadığını və insan hüquqlarına zidd olduğunu iddia edən həmin o müxalifət nümayəndələri bununla təsir dairəsində olduqlarını nümayiş etdirirlər”.

M.Səfərlinin sözlərinə görə, qeyri-peşəkarların ümumiyyətlə, tibdən başı çıxmayan, anlayışı olmayanların belə mövzularda diskursiyalar aparması elə hesab edirəm ki, cəmiyyətə hörmətsizlikdir: “Demək olar ki, müxalifət nümayəndələrinin sosial şəbəkələrdə ki, mövqeyi özü qanuna zidd əməllərdir. Bizim həm milli qanunvericiliyimizdə, həm də qoşulduğumuz beynəlxalq konversiyalarda mövcud epidemoloji vəziyyətlərdə hərəkətlərin məhdudlaşdırılması zəruri, tibbi və hüquqi addım təsbit edilir. Ona görə də, hər kəs çox yaxşı başa düşür ki, insanların həyatını, sağlamlığını qorumaq hər şeydən vacibdir. Bu bizim dövlətimizin siyasətinin də təməl prinsipidir. Koronavirus ilə mübarizə hər birimizin gündəlik həyat tərzinə çevrilməlidir və biz dövlətimizlə bu məsələdə həmrəylik nümayiş etdirməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə