Paşinyan getməli və həbs olunmalıdır! ANALİTİK

Paşinyan getməli və həbs olunmalıdır! ANALİTİK

Erməni siyasiləri və KİV-ləri tələblər qaldırıblar

“Fakt budur ki, baş nazir və bir sıra cavabdeh şəxslər nəinki koronavirusla mübarizədə iflasa uğrayıblar, həmçinin öz uğursuzluqlarını hər kəsin üzərinə yıxmağa cəhd edirlər”. SİA xəbər verir ki, bu fikirləri yerkir.am-a müsahibəsində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Nikol Paşinyan hökumətindən istefa verərək, müxalifətyönlü “Vətən” partiyasını təsis edən və bu siyasi təşkilatın sədri olan Artur Vanetsyan deyib.

Artur Vanetsyan: “Dərhal onları cinayət məsuliyyətinə cəlb edilmələri üçün prosesə başlasınlar”

Onun sözlərinə görə, baş nazir və fiaskoya uğramış digər yerdə qalanlar baş verənlərə görə izahat verməli, ölkədə yaranmış vəziyyətlə bağlı cavabdehlik daşımalıdırlar.

“Parlament müxalifətinə çağırış edirəm” – “Çiçəklənən Ermənistanı” və “İşıqlı Ermənistanı” – elə indicə parlamentdə istintaq komissiyası yaradaraq qanunverici orqana baş naziri və digər cavabdeh şəxsləri çağırsınlar, fəaliyyətlərini və fəaliyyətsizliklərini araşdırsınlar, lazımi siyasi qiyməti versinlər, həmçinin bəzi fəaliyyətlərə görə dərhal onları cinayət məsuliyyətinə cəlb edilmələri üçün prosesə başlasınlar”, Vanetsyan bildirib.

O, eyni zamanda bütün sağlam siyasi gücləri əməkdaşlığın vacib olduğuna inandırmağa çalışıb.

Armenianreport: “Paşinyan ermənilərin əsas probleminə çevrilib”

Bu arada erməni KİV-ləri də anti-Paşinyan kampaniyasına start veriblər. Belə ki, armenianreport saytı “Paşinyan getməlidir” sərlöhvəli yazısında qeyd edir ki, Nikol gəldiyi gündən yalanlar danışır. “O, hətta Serj Sarqsyandan da pis vəziyyətə düşüb. Bu isə diaqnozdur. Bu diaqnozu xalq verib”, yazan aremnianreport əlavə edir ki, bəli, Serj Sarqsyanı heç kim, heç vaxt oğurluğuna görə bağışlamayacaq: “Lakin onun və Robert Koçaryanın nə iləsə fəxr etməyə imkanları var... (erməni müəllif Qarabağın işğalını nəzərdə tutur-R.R.) Nikolun isə əlində kozır tutmağa heç nəyi yoxdur. Onun nə Ermənistan, nə də xalq qarşısında heç bir xidmətləri mövcud deyil. Onun yalnız baş nazir kreslosu var ki, onu da ona xalq Sarqsyanı devirməklə verib”.

Erməni KİV-i yazır ki, xalq Nikola çox şeyi keçdi, o cümlədən onun qaranlıq siyasi keçmişini də, xalq anladı ki, aldadılıb: “Bizim qarşımızda korrupsioner və zamandan vaxt qoparandır. Artıq o qədər oğurluq edib ki, nəsil-nəcabəti belə onları xərcləyib-qurtara bilməz. Artıq o qədər yalanlar danışıb ki, yalanların nümunələri çoxtomlu kitablara belə sığmaz. Bu adam onda günahkardır ki, vətəndaşlar ölürlər, Ermənistan regionda koronavirusla mübarizədə ən hazırlıqsız ölkədir. O, özünün cinayətkarlıq günahını qəbul etmək istəmir. O, iqtisadiyyatdan tutmuş xarici siyasətdə qədərki digər uğursuzluqlarını da etiraf etmək istəmir. O, artıq Ermənistanın və “Artsaxın” (işğal olunmuş Qarabağın-R.R.) əsas probleminə çevrilib. O, getməlidir...”, deyə erməni nəşri tələb irəli sürüb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə