Moskvada növbəti dəfə ruslar və azərbaycanlılar arasında dava olub
Rusiyanın paytaxtı Moskvada dünən axşam ruslar və azərbaycanlılar arasında kütləvi dava olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, davada hər iki tərəfdən iştirak etmiş 15 nəfər saxlanılıb. Hadisəyə gəlincə isə 19 yaşlı gəncin idarə etdiyi "Mazda 3" avtomobili 21 yaşlı qızın sürdüyü "BMW X5"ə çırpılıb. Nəticədə "BMW X5"in sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yol qəzası isə ruslar və azərbaycanlılar arasında davaya səbəb olub. Belə ki, qəzanın rəsmiləşdirilməsi zamanı iştirakçıların tərəfini saxlayan iki qrup arasında münaqişə yaranıb. Hadisədə ümumilikdə 15 nəfər iştirak edib. Polis dərhal davanın qarşısını alıb.
Daha sonra hadisə yerinə 60-a yaxın adam toplaşaraq münasibətlərinə "aydınlıq" gətirmək istəyiblər. Bu dəfə toqquşmanın qarşısını polis ala bilib. Hadisə zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB