"Biz həssas dövrdə yaşayırıq" ÖZƏL-MÜNASİBƏT

"Biz həssas dövrdə yaşayırıq" ÖZƏL-MÜNASİBƏT

“Hər gün müxtəlif insanlar öz problemləri ilə bağlı mənə müraciət edirlər. Hamı da deyir ki, jurnalistsən, zəhmət çək yaz. Sənin vəzifən yazmaqdır. Paradoksal vəziyyət yaranıb: mənə və bizə öz vəzifəmizi xatırladan adamlar polisə öz vəzifəsini icra etməyə imkan vermirlər. Polisin vəzifəsi asayişi təmin etməkdir. İki gün evdən çıxmamaqla bağlı qərarın müəllifi DİN deyil. Bu isə o deməkdir ki, etirazların ünvanı düz deyil”. Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.

“Üstəlik, mən bu qərarda vətəndaşların mənafeyinə toxunan hansısa nüans görmürəm. Məqsəd pandemiyanın ölkəni cənginə almasına mane olmaqdır. Nəhayət, biz qanunlarla yaşamağı öyrənməliyik. Heç kim özünü ərköyün vətəndaş kimi apara bilməz. Təəssüf ki, bəzi insanlar qaydaları pozmaq üçün bəhanə axtarışına girişiblər. Necə olur ki, mənim ağbirçək anam evdə oturanda ürəyi sıxılmır, amma 25 yaşlı oğlanın ürəyi sıxılır? Biz həssas dövrdə yaşayırıq. Ucuz bəhanələrlə özümüzün və başqalarının həyatını təhlükə qarşısında qoymağa haqqımız yoxdur”-deyə, S.Verdizadə fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə