Konqresmen Kris Mörfi: "Azərbaycan Birləşmiş Ştatlar Konqresi tərəfdən lazımi diqqət əldə etmir"

Konqresmen Kris Mörfi: "Azərbaycan Birləşmiş Ştatlar Konqresi tərəfdən lazımi diqqət əldə etmir"

Azərbaycan dünyada ABŞ-ın ən sadiq müttəfiqlərindən biridir. SİA-nın məlumatına görə, bunu bunu "Azadlıq" radiosunun Avropa xidmətinə müsahibəsində ABŞ Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun rəhbəri Bill Şuster söyləyib. ABŞ Konqresi nümayəndə heyətinin Azərbaycana səfərini şərh edən Bill Şuster qeyd edib ki, heyət səfər çərçivəsində prezident İlham Əliyevlə görüşəcək və ikitərəfli münasibətləri, ölkədə demokratik institutların inkişafı məsələlərini müzakirə edəcəklər: "ABŞ Konqresinin nümayəndə heyəti Bakıda ikitərəfli əlaqələri müzakirə edəcək. Əmin olmaq lazımdır ki, Azərbaycandakı demokratik institutlar normalara uyğun çalışırlar və seçkilər azad və ədalətli keçirilir, çünki Amerika xalqı bizim müttəfiqimiz haqqında məhz bu əsasda fikir yürüdəcək. Biz Azərbaycan tərəfinə Amerikanın özünün əsl müttəfiqlərindən birini - Azərbaycanı qiymətləndirdiyini bilməyə imkan verəcəyik. Eyni zamanda biz Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə dostluğa və Sovet İttifaqının süqutu anından müttəfiqimiz olaraq qaldıqlarına görə minnətdarıq. Azərbaycan dünyada ən sadiq müttəfiqlərimizdən biridir".

 

Digər konqresmen Kris Mörfi isə Azərbaycana edilən səfəri çox mühüm dəyərləndirib: "Azərbaycan siyasi mövqe baxımından mühüm ölkədir, lakin tez-tez Birləşmiş Ştatlar Konqresi tərəfdən lazımi diqqət əldə etmir. Bu səfər respublikaçı və demokratlar qrupu üçün ilk növbədə, evə qayıtdıqdan sonra Azərbaycanla əlaqələrin daha çox qarşılıqlı anlaşma əsasında inkişafına, eləcə də ölkəyə dəstək verilməsinə tərəfdar kimi çıxış etmək imkanı verir".

Bütün xəbərlər Facebook səhifəmizdə