Millət vəkili: "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik etmək üçün ilk növbədə beynəlxalq təcrübə öyrənilməlidir”- MÜNASİBƏT
"Azərbaycanda həqiqətən də "Siyasi partiyalar haqqında" qanunun yenidən qəbuluna böyük ehtiyac var". Bu sözləri millət vəkili Aydın Mirzəzadə SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, 19 il bundan öncə qəbul olunan qanun həmin dövrün tələblərinə müəyyən qədər cavab verirdisə, hazırda Azərbaycanda demokratik hüquqi dövlət yaranması, siyasi sistemin kifayət qədər püxtələşməsi sözügedən qanunun yenidən qəbulunu zəruri edir. Millət vəkili deyib ki, partiyalar artıq siyasi həyatın vacib hissəsi kimi ciddi rol oynamağa başlayıblar.
Patiyaların maliyyələşməsinə gəlincə, millət vəkili vurğulayıb ki, vaxtilə buna bir o qədər müsbət yanaşılmırdısa lakin, indi bu məsələyə müsbət yanaşmaq olar. A.Mirzəzadə qeyd edib ki, bunun üçün ilk növbədə beynəlxalq təcrübə öyrənilməlidir: "Bu Azərbaycanda yeni bir haldır. Siyasi partiyaların seçkilərdə qazandığı nailiyyətlərə görə dövlət tərəfindən maliyyələşməsi daha düzgün olardı. Mənə elə gəlir ki, həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərində qazandıqları səs nisbətinə görə partiyalar növbəti beş il üçün dövlət tərəfindən maliyyələşməsi məqsədə uyğundur".
Qeyd edək ki, Siyasi Partiyalar haqqında qanun 1992-ci ildə qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB