Gəncədə görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirə gecəsi keçirilib - FOTO

Gəncədə görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirə gecəsi keçirilib - FOTO

Gəncədə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın  xatirə gecəsi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə akademik Zərifə Əliyevanın fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən ətraflı bəhs edilib.


Qeyd edilib ki, Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alıb. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və bütün ömrünü oftalmologiyaya həsr edib. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.


Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə çəkir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr verib. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.


Tədbir incəsənət ustalarının ifasında səsləndirilən musiqi nömrələri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə