Bu gün daha bir neçə gəncə Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqəsi verilib. SİA-nın məlumatına görə, YAP-ın təşkilatçılığı və YAP Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçilən "Azərbaycan gəncliyi və müasirlik" konfransından əvvəl Elton Hüseynəliyevə, Coşqun Yusifova, Natəvan Həbibiyə, Nazim Məmmədova, Elçin Cəfərova, Aşıq Samirə Əliyevaya və Tərlan Fərzəliyevə partiya vəsiqələri təqdim olunub.
Partiyanın yeni üzvlərinə vəsiqələri YAP icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millər vəkili Məlahət İbrahimqızı təqdim edib. Ə.Əhmədov qeyd edib ki, partiyanın rəhbəri olan prezident İlham Əliyevin uğurlu siyasəti partiyaya olan inam və etibarı daha da artırıb. O, partiyaya daxil olanların yarıdan çoxunun gənclər olduğunu və bunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb.
YAP-ın yeni üzvləri belə bir təşkilata üzv olduqlarından məmnunluq hissi keçirdiklərini və onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələnini əsirgəməyəcəklərini deyiblər. Qeyd olunub ki, onlar YAP-a yalnız indi üzv olsalar da, qəlbləri xeyli əvvəl bu partiya ilə birgə döyünüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB