Ermənistanın “Eurovision-2011”-dəki rəhbəri: “Biz Azərbaycan nümayəndələrini qəbul etməyə hazırıq”

Ermənistanın “Eurovision-2011”-dəki rəhbəri: “Biz Azərbaycan nümayəndələrini qəbul etməyə hazırıq”

Ermənistanın "Eurovision-2011" mahnı müsabiqəsindəki təmsilçisi Emmi promo-tur çərçivəsində Azərbaycanda konsert verməyə hazır olduğunu deyib. SİA-nın məlumatına görə, bunu Ermənistanın müsabiqə təmsilçisi Emmi Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində təmsil edən Eldar Qasımov və Nigar Camal "Komsomolskaya Pravda" qəzetinin keçirdiyi oxucu suallarını cavablandırarkən Ermənistanda çıxış etməyə hazır olduqlarını bildirmələrinə cavab olaraq deyib: "Musiqinin siyasətə, milliyyətə aiddiyatı yoxdur. Mənim üçün Azərbaycanda konsert vermək üçün heç bir şey maneə deyil. Çünki, heç zaman siyasətlə maraqlanmamışam. Əgər Azərbaycan tərəfindən konsert vermək təklifi gəlsə, etiraz etmərəm. Bu o demək deyil ki, vətənpərvər deyiləm, öz ölkəmi sevib, hörmət etmirəm. Əgər Azərbaycanda konsertlə çıxış etsəm, bu, o demək deyil ki, hər şey dəyişəcək".

 

Ermənistanın "Eurovision-2011" mahnı müsabiqəsindəki rəhbəri Qoar Qasparyan isə: "Promo-tur çərçivəsində Azərbaycanlı müsiqiçilər Ermənistanda konsert proqramı ilə çıxış etmək istəsələr biz onların təklifini qəbul etməyə hazırıq. Biz iştirakçılar arasında fərq qoymuruq. Hər hansı bir musiqiçi proqram çərçivəsində istədiyi zaman Ermənistana gələ bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə