Fransanın Azərbaycandakı səfiri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşüb

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb.

SİA xəbər verir ki, bu barədə səfir öz "Twitter" səhifəsində bildirib.

O, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu deyib:

"Tural Gəncəliyevlə dünən görüşümüz baş tutdu. Görüş zamanı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və dialoqun təşviq olunması məsələləri müzakirə olundu".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...