"AŞ-da erməni lobbisinin sifarişini yerinə yetirənlər ölkəmizə qarşı qərəzli mövqe tuturlar" ŞƏRH-ÖZƏL

"Avropa Şurası Azərbaycan əlaqələrində əsas prioritet siyasət mütləq ədalət prinsiplərinə söykənməli, qəbul edilmiş və tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası ikitərəfli münasibətlərin inkişafına xidmət etməlidir". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Avropa Şurasında erməni lobbisinin sifarişini yerinə yetirən qüvvələrin olduğunu istisna etməyən politoloq söyləyib ki, bu qüvvələr müəyyən bir prosesdən istifadə edib ölkəmizə qarşı qərəzli mövqe tuturlar. O söyləyib ki, Prezident cənab İlham Əliyevin hazırkı siyasi islahatlar yolunda mühüm addımları görünür orada bəzi qüvvələri narahat edir: "Hesab edirəm ki, Avropa Şurasında ciddi struktur dəyişiklikləri edilməlidir. Çünki ədalətli mövqe, ikili standartlardan kənar bir siyasətə ehtiyac var. Dövlət başçısı İlham Əliyevin bu xüsusda açıqlamaları məhz ölkəmizin mənafeyinə uyğundur. Hazırkı prosesdə AŞ öz mövqelərində digər ölkələrin maraqlarını nəzərə almalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə