“İRƏLİ” Azərbaycanda ilk dəfə tətbiq olunan təlimlər təqdim edir

“İRƏLİ” Azərbaycanda ilk dəfə tətbiq olunan təlimlər təqdim edir

"İRƏLİ" İctimai Birliyi Azərbayacanda ilk dəfə təqdim olunanan geniş auditoriyalı açıq seminar təlim metodonun tətbiqinə start verir. Birliyin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, bu silsilədən ilk təlim 30 Aprel 2011-ci il tarixində "e-ticarət" mövzusunda keçiriləcəkdir. E-ticarətin növləri, e-ticarət anlayışı haqqında məlumatlar əldə etmək, öz e-biznesini qurmaq, iş yerlərində və ya gələcək iş həyatında e-ticarəti tətbiq etməyin sirrlərini öyrənmək istəyənlər bu təlimə dəvətlidir.

 

Təlim 30 Aprel tarixində, saat 15:30-da, Xəzər Universitetində Golden Pay şirkətinin rəhbəri Farid İsmayılzadə tərəfindən tam ödənişsiz keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə