Litvanın baş prokuroru və xüsusi istintaq xidmətinin baş direktoru Azərbaycan Ali Məhkəməsinin sədri ilə görüşüblər

Litvanın baş prokuroru və xüsusi istintaq xidmətinin baş direktoru Azərbaycan Ali Məhkəməsinin sədri ilə görüşüblər

Azərbaycanda səfərdə olan Litva Respublikasının baş prokuroru Darius Valis və Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüblər. Məhkəmənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə çıxış edən Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara məlumat verib.

 

Litva Respublikasının baş prokuroru Darius Valis isə çıxışında öz ölkəsində prokurorluq və məhkəmə sisteminin fəaliyyət dairəsi barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə