Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəsi pozublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 27-də saat 19.25-dən 19.35-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 17.00-dan 17.05-dək və aprelin 28-də saat 04.20-dən 04.30-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə