"Ölkəmizin sürətli inkişafı qürur doğurur" ÖZƏL-MÖVQE

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağcabədiyə yeddinci dəfə səfər etdi.Taxıl biçinin başlanması mərasimində iştirak edən,"ASAN Həyat" mərkəzinin, dənli bitki toxumları emalı müəssisəsinin, "Ağcabədi-2" elektrik yarımstansiyasının, Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri açılışlarında iştirak edən dövlətimizin rəhbəri regionların inkişatı ilə bağlı həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən geniş bəhs edib". Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu səfər də ağcabədililər üçün əlamətdar və unudulmazdır. Çünki bu, insanlara qayğı və diqqətin, ölkənin inkişafına münasibətin, vətəndaşlara xidmətin və hörmətin ifadəsidir.

"Buna görə də, rayonun hər bir sakini Prezidentimizə ürəkdən minnətdardır, insanlar dövlətimizin başçısının ətrafında sıx birləşib, həyata keçirilən siyasəti dəstəkləyir, görülən işləri görür,duyur və qiymətləndirir. Ölkəmizin sürətli inkişafı qürur doğurur və insanları yeni uğurlara ruhlandırır"-deyə, komitə sədri vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...