"Şuşanın 270 illiyi qeyd olunsun" TƏKLİF

Milli Məclisin deputatı Aqil Abbasov Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbirlərin keçirilməsini təklif edib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat bildirib ki, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir: "Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımdan da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm, xanım sədr siz də bu məsələni qaldırasınız".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə