Müxalifət ciddi fəlakət astanasındadır

Radikal müxalifət ciddi siyasi fəaliyyət ilə məşğul deyil. Demək olar ki, bu gün radikal müxalifətin əsas fəaliyyəti ancaq ağa qara demək və Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdən ibarətdir. Məhz radikal müxalifət təmsilçiləri bu cür hərəkətlər etməsidir ki, onlar cəmiyyətin gözündən tamamilə salıb. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Məsələ ilə bağlı fikirlərini bölüşən “Azadlıq Hərəkatçıları” Birliyinin sədri qeyd edib ki, yerli və xarici maraqlı dairələr Azərbaycan dövlətinin inkişafından qısqanclıq hissi keçirirlər: “Müxalifət öz maraqları üçün çalışır ki, boş qalan ciblərini doldura bilsin. Hay-küyləri mənasızdır. Onlar əslində bir siyasətçi kimi özlərini təsdiq etməyiblər. Anormal addımları meydanlarda atılıb düşən, siyasətlə məşğul olmaq imitasiyası yaradan adamlardır. Əslində siyasətlə məşğul olmaq, siyasətçi olmaq, siyasi fəaliyyətlə məşğul olmaq tamam başqa bir anlayışdır. Bu siyasi nəzəriyyələri əgər onlar bilmirlərsə siyasi nəzəriyyələrə müraciət etsinlər və baxsınlar. O elimi mənbələrdə bunun açıqlaması göstərilir. Bunların məşğul olduqları tamamilə ilə başqa bir şeydir”.

T.Novruzovun sözlərinə görə, müxalifətin məşğul olduğu siyasət deyil: “Görünür onların əlində başqa iş gəlmir. Bu illər ərzində yalnız asan fəaliyyət yolu seçiblər özləri üçün. İqtidarın gördüyü böyük, möhtəşəm işlərə qara yaxmaq, şər-böhtan yağdırmaq və bununla da xaricdə kimlərinsə diqqətini cəlb etmək, gündəmdə qalmaq və belə də yaşamaq onların əsas fəaliyyətləridir. Ümumiyyətlə, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifəti qara günlər gözləyir. Onlar öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni, müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. O cümlədən də, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar ortaya konkret ideya qoya bilmirlər. Onların ortaya nə isə ideya qoya bilməməklərinin səbəbi odur ki, bu partiyaların əksəriyyəti hansısa ideologiya əsasında formalaşan partiyalar deyil. Həmin partiyalar ayrı-ayrı şəxslər ətrafında formalaşaraq fəaliyyət göstərirlər. Belə olan halda da, sözügedən partiyaların iş fəaliyyəti də həmin şəxslərin şəxsi maraqlarına yönəlir”.

O, əlavə edib ki, müxalifət partiya rəhbərlərinin arasında gedən dava-dalaş xarici maddi yardımları əldə etmək üzərində qurulub: “Təbii ki, bu gün müxalifətin var olması cəmiyyət üçün maraqlı deyil. Bugünkü müxalifətin bu cür çıxılmaz bir vəziyyətə düşməsinin, zəifləməsinin də səbəbi məhz müxalifətin yersiz hərəkətləri, və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Demək olar ki, bu gün müxalifət partiyalarının var olub-olmamasının cəmiyyət üçün heç bir isti soyuqluğu yoxdur. Müxalifətin bundan başqa sonu ola bilərmi? Yəni, bu müxalifətin sonu deməkdir. Bu baxımdan, yaxış olardı ki, müxalifət partiya rəhbərləri papaqlarını qarşılarına qoyub düşünsünlər ki, müxalifətin bu cür çıxılmaz vəziyyətdən necə çıxaraq. Yəni, biri-birini öz düşərgələrində sıradan çıxarmaq yox müxalifətin partiyalarında olan problemlərin həllinə çalışmalıdırlar. Əks təqdirdə müxalifət partiyaları tamamilə mövcudluqlarını itirəcəklər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə