Övladlarının doğum gününə gedən valideynlər yol qəzasında can veriblər - FOTO

Övladlarının doğum gününə gedən valideynlər yol qəzasında can veriblər - FOTO

Şırvan şəhər mərkəzi xəstəxanasının baş həkimi avtomobil qəzasında həyat yoldaşı ilə birgə faciəli şəkildə həlak olub. SİA-nın Aran bürosunun məlumatına görə, bu gün saat 19:00 radələrində Bakı-Qazax yolunun 88-ci km-də dəhşətli nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Şirvan xəstəxanasının baş həkimi Murad Sabir oğlu Salmanov və həyat yoldaşı Kəmalə Zabil qızı Salmanova həlak olublar.

Baş həkimin idarə etdiyi Hunday Sanata markalı 90 XB 096 dövlət qeydiyyat nişanlı avtomobil yük maşını ilə toqquşub. Murad Salmanov xanımı Kəmalə Salmanova övladlarının ad gününü qeyd etmək üçün Bakı şəhərinə gedirlərmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə