Prezident İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər uğurlu əməkdaşlıq həyata keçirildiyi vurğulanıb.

bp şirkətinin icraçı direktoru Robert Dadli icrada olan layihələr üzrə işlərin gedişi barədə Azərbaycan Prezidentinə məlumat verib.

Görüşdə, həmçinin əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə