Fransanın ermənilərin himayədarı kimi Minsk qrupuna həmsədrlik etməyə haqqı çatırmı?

Fransanın ermənilərin himayədarı kimi Minsk qrupuna həmsədrlik etməyə haqqı çatırmı?
Dünya yeni xəstəlik təhlükəsi ilə üz-üzədir. Ötən əsrin 70-80-ci illərindən başlanan "müstəmləkəçilikdən azadolma" prosesi bu gün əks trayektoriya üzrə hərəkət etməkdədir. İngiltərə, İspaniya, Fransa, Hollandiya və c. kimi Avropanın iri müstəmləkəçi dövlətləri deyəsən Afrika, Latın Amerikası və Cənub-şərqi Asiya ölkələrini azad etdiklərindən çox peşman olublar.
Fransanın son hadisələrdə - Şimali Afrika ölkələrində baş verənlərdə birbaşa əlinin olması, həmin ölkələrin daxili işlərinə birbaşa müdaxilə etməsi yeni xəbər deyil. Müxtəlif bəhanələrlə hərbi müdaxilə variantına üstünlük verən Fransanın Avropada polis rolunu oynaması bəzi ölkələrin maraqlarına uyğun gəlmir. Başqa ölkələrdə demokratiyanın olmadığını bəhanə edərək ora hərbi qüvvə yeritmək, "dinc sakinləri tiranlardan qorumaq" adı altında istənilən dövlətin ərazisinə soxulmaq adlı xəstəliklərə yoluxmuş Fransa hətta özünə həmfikirlər tapmağı da bacarır. Liviya hadisələrində "beynəlxalq koalisiya" adlı hərbi ittifaqın törətdiklərini göz önünə gətirmək kifayətdir ki, hansı oyunların getdiyindən xəbər tutasan.
Maraqlıdır, yəqin ki, Fransa başqa ölkələrin daxili işlərinə ona görə qarışır ki, orada demokratiya təhlükə altındadır, insan haqları pozulur, bir sözlə müdaxiləni reallaşdıran şərtlərin hamısı var. Çox yaxşı, əgər fransızların xoşməramlı niyyətləri varsa, onda 15 ilə yaxındır ki, bir milyondan artıq azərbaycanlının haqqını, hüququnu həmsədr ölkə kimi niyə qorumur? 18 il bundan əvvəl baş vermiş əsrin ən dəhşətli soyqırımını qəbul etmək istəməyən, əksər hallarda tutarlı faktları görməzliyə vuraraq faciənin baş verdiyinə şübhə ilə yanaşan bir dövlətin nə haqqı çatır ki, ötən əsrin əvvəlində I Dünya müharibəsinin gedişi zamanı, hamının diqqəti Avropaya dikildiyi bir vaxtda feodal Osmanlı imperiyasında baş vermiş hadisələri "erməni soyqırımı" kimi təqdim etsin və tanısın. 15 il bundan qabaq Xocalıda baş verən hadisənin səbəbini başa düşməyən və yaxud başa düşmək istəməyən bir dövlətin tarixi eşələməyə haqqı çatırmı, əgər çatırsa onda doğru olanı eşib çıxarsın, yalan, qondarma soyqırımı uydurmasın. Belə bir dövlətin həmsədr kimi Dağlıq Qarabağ münaqişəsini həll etməyə ixtiyarı yoxdur. Çünki onun çıxardığı qərar da indidən bəllidir. Fransanın daim Ermənistanın hamisi kimi çıxış etməsi də yeni xəbər deyil.
Budur həmin hamiliyin bariz nümunəsi. Məlum olduğu kimi Fransa "erməni soyqırımı" haqqında "unikal" bir qanun qəbul etməyə hazırlaşır. Fransa vətəndaşlarından kimsə 1915-ci ildə Osmanlı imperiyası zamanı baş vermiş "erməni soyqırımı" faktını inkar edərsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. Buna nə ad verəsən? Belə eybəcər qanun heç 1848-ci ilə qədər quldarlıq quruluşunda yaşayan Fransada belə olmayıb. Amma indiki "müasir", "demokratik", "söz və vicdan azadlığının hakim olduğu" Fransada belə eybəcər qanunlar tətbiq olunur.
Hesab edin ki, Parisin küçələrində gəzirsən, birdən yanında iki polis peyda olur. Kimsən, nəçisən və s. soruşandan sonda xəbər alır ki, lap qədimdə, uzaq Osmanlı dönəmində "erməni soyqırımı" baş verib, səndəmi bizimlə razısan. Sənin də qeyrət damarın qalxır və başlayırsan əsl həqiqəti onlara başa salmağa. Ən azından tarixi yenidən nəzərdən keçirməyi onların yadına salırsan. Bu vaxt aləm dəyir bir-birinə. Çəkirlər səni silisə. Vətən xaini kimi səni "ədalət məhkəməsi önünə çıxarırlar... Bəlkə də Ermənistanın harada olduğu barədə ərəblərin çöxluq təşkil etdiyi Fransa vətəndaşlarının əksəriyyətinin xəbəri yoxdur.
Budur, "məşhur fransız siyasətçisi", Fransa Sosialist Partiyasının keçmiş katibi Fransua Olland da erməniləri dəstək aksiyası çərçivəsində öz həmfikirlərinə çağırış edib ki, mayın 4-də "erməni soyqırımını inkar edənlərin qanun qarşısında cavabdehliyi" haqda qanunun qəbulunda aktiv olsunlar.

Bütün xəbərlər Facebook səhifəmizdə